08:29
777
Qərb ölkələri Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı mövqelərini yumşaltmaq istəməyərək rəsmi Kiyevi çıxılmaz vəziyyətə salırlar. Bu qənaətə "UnHerd" portalının redaktorları gəliblər.
Xalqcebhesi.az xəbər verir ki, onların fikrincə, Rusiya ilə danışıqlar prosesində Qərb dövlətlərinin əsas problemi hətta nümayəndənin olmaması deyil, bəzi ölkələrin dəyişməz və sərt mövqeyidir. "Əgər Almaniya, Fransa və Böyük Britaniya ("E3") iyun ayında Londonda işləyib hazırladıqları prinsiplərə sərt şəkildə əməl olunmasında israr etsələr, Rusiya ilə razılaşma mümkün olmayacaq", – deyə "UnHerd" yazır.
Portal qeyd edir ki, Ukraynada vəziyyət yaxşılaşmır və münaqişənin uzanması ölkənin iqtisadiyyatına və enerji infrastrukturuna getdikcə daha ağır zərbələr vurur.
Xatırladaq ki, iyunun 7-də Böyük Britaniya, Almaniya və Fransa Volodimir Zelenski ilə birlikdə münaqişənin nizamlanması prosesinə başlamaq üçün ""beş əsas şərti"ni əks etdirən birgə bəyanat dərc etmişdilər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bu bəyanatı şərh edərkən avropalıların kursunu həqiqətən hərtərəfli, ədalətli və davamlı sülh üzrə danışıqlar üçün şəraitin yaradılmasına mane olmağa yönəlmiş addım adlandırmışdı.
Məryəm Quliyeva