Binəqədidə üstünə hasar aşan 58 yaşlı qadın ölüb Hadisə

Binəqədidə üstünə hasar aşan 58 yaşlı qadın ölüb

Binəqədidə 58 yaşlı qadının üzərinə hasar aşıb.

Hadisə rayonun Sulutəpə qəsəbəsində baş verib.

Belə ki, 1978-ci il təvəllüdlü Samirə Nuriyeva piyada hərəkət edərkən boş torpaq sahəsinin ətrafına mişar daşları ilə hörülmüş hasar üzərinə aşıb.

Hadisə nəticəsində qadın ölüb.

Faktla bağlı araşdırma aparılır.