11:21
210
Aİ ölkələrinin xarici işlər nazirləri Brüsseldə keçiriləcək görüşdə "Wildberries"in təsisçisi, RWB-nin rəhbəri Tatyana Kimi sanksiya siyahısına daxil etmək niyyətindədirlər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "EUobserver" portalı daxili sənədlərə istinadən məlumat yayıb.
Qeyd olunduğu kimi, yeni məhdudiyyətlər ABŞ-nin Ukraynada sülh yolu ilə nizamlanma üzrə irəli sürdüyü səylər fonunda hazırlanır.
Daha əvvəl Brüsseldəki mənbə TASS-a bildirmişdi ki, Aİ səfirləri 43 fiziki və 100-ə yaxın hüquqi şəxsin daxil edildiyi Rusiya əleyhinə "qara siyahı"sının yeni genişləndirilməsini razılaşdırıblar. Onun sözlərinə görə, bu məhdudiyyətlərin hələ də hazırlanmaqda olan Rusiyaya qarşı 22-ci sanksiyalar paketinə aidiyyəti yoxdur. Sənədin yüksək ehtimalla noyabrın 16-da Aİ XİN başçılarının Brüsseldəki görüşündə təsdiqlənəcəyi və elə həmin gün qüvvəyə minəcəyi gözlənilir.
Məryəm Quliyeva