AK Ukraynaya 45 milyard avro kredit ayırmağı təklif edəcək Dünya

AK Ukraynaya 45 milyard avro kredit ayırmağı təklif edəcək

Avropa Komissiyası (AK) Avropa İttifaqının ümumi büdcəsi hesabına Ukraynaya 45 milyard avro məbləğində kredit ayırmağı təklif edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bu təklif noyabrın 18-də Avropa paytaxtlarına çatdırılacaq. Beləliklə, AK maliyyələşməni gələcək mümkün vetolardan "qorumaq" üçün Ukraynaya yardımı Aİ-nin gələcək yeddiillik büdcəsi ilə əlaqələndirməyi planlaşdırır. Adı açıqlanmayan məmurun sözlərinə görə, bu addım "gərginliyi artırır", lakin indi bu iki proses "paralel şəkildə getməyəcək".

Bununla belə, Çexiya da daxil olmaqla bəzi ölkələr belə bir plana qarşı çıxırlar. Çexiyanın Baş naziri Andrey Babiş Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koştaya məktub göndərərək bildirib ki, "Ukraynanın gələcək maliyyələşdirilməsi ilə bağlı razılaşma Aİ-nin növbəti büdcəsinin qəbul edilməsi üçün ilkin şərt ola bilməz".

Daha əvvəl FT xəbər vermişdi ki, Almaniya Kansleri Fridrix Merz Koştaya ünvanladığı məktubda Aİ-yə üzv olan bütün ölkələr Ukraynaya maliyyə yardımı ayırmaq öhdəliyi götürməyəcəyi təqdirdə Avropa İttifaqının yeddiillik büdcəsinin qəbulunu bloklayacağı ilə hədələyib.

Məryəm Quliyeva