"Bizi sağaltmalı olan şey sadəcə öldürəcək" Gündəm

"Bizi sağaltmalı olan şey sadəcə öldürəcək"

Son vaxtlar tez-tez belə iradlar eşidirəm ki, guya anti-korrupsiya araşdırmalarını siyasi PR-a çevirmək olmaz. Deyirlər ki, NABU-nun (Ukrayna Milli Antikorrupsiya Bürosu) ifşaları ilə bağlı bu “kriminal trillerlər” artıq birbaşa milli maraqlara zərər vurur, Ukraynanın danışıqlar üzrə mövqelərini zəiflədir və tək-tək məmurları deyil, bütün ölkəni gözdən salır. Amma əslində belə də deyilmi? Bu, hətta ekspert xəbərdarlığı deyil – artıq baş vermiş və yekunlaşmış faktdır.

Xalqcebhesi.az xəbər verir ki, bunu ukraynalı politoloq Valentin Hayday deyib.

"Dünən ABŞ prezidentinin xüsusi nümayəndələri Vitkof və Kuşnerlə danışıqlarda Kreml qocası onlara NABU və “tumba” (komod/şkaf) haqqında lətifələr danışır. Və gülümsəyərək işarə edir ki, Ukrayna ilə iş görmək olmaz, bizim mövqeyimiz isə nəzərə alınmalı deyil, çünki burada hamı “fırıldaqçıdır”- o, deyib.

NABU-nun bu “videosüjetlərini” informasiya diversiyasından başqa cür necə şərh etmək olar?

Haydayın fikrincə, heç kim demir ki, korrupsiya ilə mübarizə aparmaq və ya bunu cəmiyyətdən gizlətmək lazım deyil. Ağlı başında olan elə bir insan tapmazsınız ki, bunu iddia etsin. Amma, yoxsa hamıya artıq bəllidir ki, NABU-nun əslində hər bir işi çevirdiyi sonsuz “kampaniyaçılıq” və informasiya balaqanına son qoymaq lazımdır:

"Müəyyən və dəqiq təsbit olunmuş prosedur normaları, bu cür işlərin aparılması qaydaları var. Cəmiyyəti məlumatlandırma mexanizmləri mövcuddur ki, onlar belə məlumatlandırmanı “şok-kontentə” çevirməyəcək və düşmənə ölkəmizi gözdən salmağa kömək etməyəcək. Bunlara əməl etmək lazımdır. Əks halda, bizi sağaltmalı olan şey sadəcə öldürəcək".

Cavid