10:32
182
Bakıda Beynəlxalq Tədris Mərkəzinin (GLC) təşkilatçılığı ilə 2026-cı ilin noyabr ayında keçirilən Beynəlxalq Təhsil Sərgisinə start verilib.
Xalqcebhesi.az xəbər verir ki, Misir Mədəniyyət Mərkəzi bu sərgidə öz stendi ilə iştirak edib. Stendin məqsədi Misirin müxtəlif universitetlərini, fakültə və ixtisaslarını tanıtmaq, eləcə də "Misirdə Təhsil Alın" (Study in Egypt) platformasında qeydiyyat qaydalarını izah etmək olub.
Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin nümayəndəsi professor doktor Mahmud əl-Ədl və Misirin Azərbaycandakı mədəniyyət attaşesi professor doktor Tariq Əbul-Fütuh ziyarətçilərə Misir universitetləri və hər bir ixtisas üzrə qeydiyyat prosedurları barədə ətraflı məlumat veriblər.
Ziyarətçilər tərəfindən Misir universitetlərində təhsil almağa böyük maraq göstərilib.
Cavid
10:37
196
10:27
224
10:25
245
