Xaçmazda avtomobil ağaca çırpılıb, ölən var Hadisə

Xaçmazda avtomobil ağaca çırpılıb, ölən var

Xaçmaz rayonunun Yalama kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosunun məlumatına görə, ötən gecə “Mitsubishi” markalı avtomobil ağaca çırpılıb.

Qəza nəticəsində 26 yaşlı Asim Muradxanov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Məlumata görə, o, Vətən müharibəsi iştirakçısı olub.