“Azərbaycanın strateji əhəmiyyəti artır”
15 Noyabr 11:47
15 Noyabr 11:47
08:09
196
ABŞ Hərbi Dəniz Qüvvələrinin "Theodore Roosevelt" atom aviadaşıyıcısı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına çatıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Axios" portalının və İsrailin 12-ci televiziya kanalının müxbiri Barak Ravid adı açıqlanmayan amerikalı rəsmiyə istinadən məlumat yayıb.
"ABŞ HDQ-nin "Theodore Roosevelt" aviadaşıyıcısı bazar günü günün əvvəlində ABŞ SQ Mərkəzi Komandanlığının məsuliyyət zonasına daxil olub", – deyə Ravid "X" sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, hazırda CENTCOM-un sərəncamında üç aviadaşıyıcı var.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının əməliyyat məsuliyyəti zonasına ilk növbədə Yaxın Şərq və Şimali Afrika daxildir.
Daha əvvəl "The New York Times" qəzeti "Theodore Roosevelt"in noyabrın 16-da Yaxın Şərqə çatacağını və regiondakı digər iki aviadaşıyıcıya qoşulacağını bildirmişdi.
Məryəm Quliyeva