Çin noyabrın 19-da Si Cinpin, Putin və Trampın görüşəcəyini təsdiqləyib Dünya

Çin noyabrın 19-da Si Cinpin, Putin və Trampın görüşəcəyini təsdiqləyib

Çin Xalq Respublikasının Sədri Si Cinpin noyabrın 19-da Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp ilə üçtərəfli görüş keçirəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu məlumatı Çin Xarici İşlər Nazirliyi təsdiqləyib.

"Noyabrın 19-da ÇXR Sədri Si Cinpin Şençjendə Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp ilə görüş keçirəcək", – deyə xarici siyasət idarəsinin məlumatında bildirilir. Tədbirin üçtərəfli formatda baş tutacağı dəqiqləşdirilib.

Məryəm Quliyeva