“Azərbaycanın strateji əhəmiyyəti artır”
15 Noyabr 11:47
15 Noyabr 11:47
09:41
189
“Gürcüstan Orta Dəhliz çərçivəsində tərəfdaş ölkələrlə, xüsusilə Qazaxıstan və Azərbaycanla çox sıx əməkdaşlıq edir”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili “İmedi” telekanalına müsahibəsində deyib.
Nazirin sözlərinə görə, həmin tərəfdaşlarla koordinasiya şəraitində artıq plan işlənib hazırlanıb.
“Bu plan 2029-cu ilə qədər Orta Dəhliz vasitəsilə 30 milyon ton yükün daşınmasını təmin etməyi hədəfləyir. Biz tərəfdaşlarımızla daimi əməkdaşlıq şəraitində fəaliyyət göstəririk və birgə regional tədbirlər müəyyənləşdirmişik”, - deyə Mariam Kvrivişvili əlavə edib.