11:06
259
ABŞ-nin İrana qarşı iqtisadi müharibəsi də heç bir nəticə verməyəcək.
Bunu xalqcebhesi.az-a siyasi ekspert Füzuli Kərimov deyib.
Qeyd edək ki, ABŞ prezidenti Tramp deyib ki, İranla müharibə hərbi baxımdan faktiki olaraq başa çatıb.
“Biz İrana qalib gəldik. Hazırda əsas məsələ bunun nə vaxt başa çatdırılacağıdır. Biz tam qələbə əldə etməliyik. 93 faizl deyil, tam qələbə...”, - Tramp qeyd edib.
Ekspertin fikrincə, ABŞ illərdir İrana qarşı iqtisadi müharibə aparır, sanksiyalar tətbiq edib, lakin İran hələ də ayaqüstədir: "Bu prosesdə Avropanın bir sıra ölkələri də iştirak edib, müharibənin özü belə İranı iqtisadi cəhətdən çökdürə bilmədi. Düşünürəm ki, ABŞ bu ilin fevralında İranla basladığı müharibədə qələbə qazana bilmədi".
Cavid