Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
18 Dekabr 2019 14:34
1 841
Gələcək nəsillərin sağlamlığı azərbaycanlı istehsalçıları ekoloji təmiz, orqanik məhsulların istehsalına ruhlandırmalıdır. Bunu Ekoloji Təmiz Məhsulların İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Emin Əliyev “Orqanik məhsulların istehsalı və ixrac potensialı” adlı konfrans zamanı deyib. O bildirib ki, orqanik məhsul istehsalı adı altında təkcə kənd təsərrüfatı məhsulları deyil, həm də orqanik sənaye məhsulları nəzərdə tutulur: “Orqanik məhsul təkcə sağlam qida deyil, həm də sağlam mühitdir. Dünya trendində orqanik və ekoloji təmiz geyim istehsalı yer alır, bunun Azərbaycanda da böyük potensialı var. Bizdə orqanik pambıq istehsalı var və onun artırılması üçün imkanlar mövcuddur”.
Tədbir çərçivəsində Ekoloji Təmiz Məhsulların İstehsalçıları və İxracatçıları Assosiasiyası, Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası, Arıçılar Assosiasiyası, Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası və Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu həmin assosiyaların nümayəndələri Emin Əliyev, İsmayıl Orucov, Bədrəddin Həsrətov, Bəşir Quliyev və İlkin Ələkbərov imzalayıb. Memorandum Azərbaycanda ekoloji təmiz orqanik məhsulların istehsalı və ixracının inkişafı məqsədilə qarşılıqlı əməkdaşlığa yönəlib.
14 Noyabr 17:56
1 729
14 Noyabr 17:40
1 694
14 Noyabr 17:19
1 876