Azərbaycan neftinin ötənilki orta qiyməti açıqlanıb İqtisadiyyat

Azərbaycan neftinin ötənilki orta qiyməti açıqlanıb

Qlobal enerji qiymətlərində müşahidə edilən dalğalanmalar nəticəsində “Azeri Light” markalı xam neftin bir barrelinin dünya bazarlarında satış qiyməti 2019-cu ildə orta hesabla 66,9 ABŞ dolları səviyyəsində qərarlaşıb və 2018-ci ilənisbətən 8,5 faiz az olmasına baxmayaraq, büdcədə nəzərdə tutulmuş qiymət göstəricisi ilə müqayisədə11,5 faiz çox olub.
Bu barədə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə hesabatda deyilir.
Qeyd edək ki, hazırda “Azeri Light”ın bir barreli 32,77 dollara satılır. Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar təşkil edib.