Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
21 May 2020 15:29
2 940
Birjalarda neftin qiyməti son 15 ay ərzində ən böyük sutkalıq artım tempini nümayiş etdirib.
Neftin qiyməti ABŞ-da neft ehtiyatlarının, eləcə də Birləşmiş Ştatların xam neft fyuçersləri üzrə əsas paylama mərkəzi olan Oklahoma ştatının Cushing şəhərində ehtiyatlar azalması, həmçinin koronavirus məhdudiyyətləri və istehsalçılar arasındakı qiymət müharibəsindən təsir görən bazarın yenidən tarazlığı bərpa etməsi fonunda bahalaşır. Cushingdə ehtiyyatların geriləməsi tədarük çatışmazlığı riskinin azaldığını göstərir. Treyderlərin anbarların tamamilə dolması ilə bağlı narahatlığını azaldan digər məqam isə “Light” markalı xam neftinin iyun-iyul ayları üzrə fyuçers müqavilələrindəki qiymət fərqinin 30 sent səviyyəsində olmasıdır. “Bloomberg”in məlumatına görə, bu fərq dekabr ayından bəri ilk dəfə sıfır səviyyədən yuxarı qalxıb.
Nyu-Yorkda fyuçers müqavilələri isə ard-arda 6 gün yüksələrək 34 dollar/barrel səviyyəsindən yuxarı qalxıb və 2019-cu ilin fevral ayından bu yana uzun gündəlik artımını nümayiş etdirib.
İstehsalın azaldılması və tələbatın bərpa olunmağa başlaması fonunda xam neftin qiyməti bu ay 80 faizdən çox artıb. Hazırda isə “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 36,50 dollara, “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 34,24 dollara alıcı axtarır.
14 Noyabr 17:56
1 631
14 Noyabr 17:40
1 603
14 Noyabr 17:19
1 785