"Sabah" – "Slaviya" qarşılaşmasında qonaq azarkeşlər üçün 3 675 bilet ayrılıb
Bakıda iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
12 Oktyabr 2020 12:49
2 233
Azərbaycanın sığorta şirkətlərinin hazırkı vəziyyətdə əsas məqsədi bazarın mövcud potensialından tam istifadə etməkdir.
Bunu Trend-ə Azərbaycan Sığortaçılar Assosiasiyasından deyiblər.
Qeyd olunub ki, bugünkü gün ölkədə sığorta mədəniyyətinin dərinləşdirilməsi və əhali arasında maliyyə savadlılığının artırılmasına tələbat var:
“Bu gün sığorta şirkətlərinin bazarın potensialından tam istifadə edə bilməməsi nəticəsində, arzuolunan inkişaf səviyyəsinə çatmaq alınmır. Bunun üçün uzun yol qət etməliyik. Hazırkı vəziyyətdə sığorta şirkətlərinin əsas məqsədi bazarın mövcud potensialından tam istifadə etməkdir”.
Assosiasiyanın məlumatına görə, hazırda Azərbaycanda 21 sığorta şirkəti fəaliyyət göstərir və onlar müştərilərə 30-40 sığorta məhsulu təklif edir:
“Hazırkı iqtisadi və demoqrafik vəziyyəti nəzərə alsaq, bu, kifayət qədər qənaətbəxş nəticədir. Şirkətlər insanların sığorta məhsullarına marağına nail olmalıdır. Bu nəticəni satışların düzgün strategiyası və sığorta məhsullarının reklam kampaniyalarının reallaşdırılması ilə əldə etmək olar”.
16:35
420
16:33
413
15:59
455