Azərbaycanın İran siyasəti: praqmatizm, balans və yeni imkanlar - TƏHLİL
Prezident Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib - FOTO
Şiviloğulları ocağının yurd həsrətli oğlu İsgəndər İsmayıl oğlu | SƏMƏD VƏKİLOV YAZIR
ADSEA sədri ərazidə kollektorun tikinti-bərpa işlərinin gedişatı ilə tanış oldu - FOTO/VİDEO
13 Noyabr 2020 15:17
3 381
Trans-Anadolu qaz kəməri (TANAP) ilə qaz tədarükünün başladığı 2018-ci il iyunun 30-dan 2020-ci ilin sentyabrınadək tədarük həcmi təxminən 7 milyard kubmetr təşkil edib.
Bunu Türkiyənin Energetika və təbii ehtiyatlar naziri Fatih Dönmez deyib.
O bildirib ki, “Cənub Qaz Dəhlizi”nin Avropa hissəsi olan Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi başa çatıb.
Nazir əlavə edib ki, TAP-ın istismara verilməsi ilə ildə 10 milyard kubmetr Azərbaycan qazı Avropaya nəql olunacaq.