Azərbaycan qazı Bolqarıstana müvəqqəti olaraq alternativ birləşdirici xətlə çatdırılacaq İqtisadiyyat

Azərbaycan qazı Bolqarıstana müvəqqəti olaraq alternativ birləşdirici xətlə çatdırılacaq

Bolqarıstan bu ilin sentyabr ayının sonunadək Azərbaycandan 225 mln. kubmetrə yaxın təbii qaz alacaq.

Bu barədə "APA-Economics" ICIS-ə (Independent Commodity Intelligence Services) istinadən xəbər verir.

ICIS-ə "Bulqarqaz"dan verilən məlumata görə, Azərbaycan qazı Bolqarıstana müvəqqəti olaraq Yunanıstanın sərhəd nöqtəsində (Kula-Sidirokastro) illik ötürücülük gücü olan mövcud birləşdirici xətlə nəql ediləcək.

Məlumata görə, Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin (IGB) istifadəyə verilməsinin təxirə salınması səbəbindən Azərbaycan qazı Bolqarıstana yuxarıda qeyd olunan nəqletmə infrastrukturu vasitəsilə həyata keçiriləcək.

Bununla yanaşı, məlumatda IGB-nin 2021-ci ilin oktyabrında işə başlamasının gözlənildiyi vurğulanır.

Qeyd edək ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. "Sahdəniz" qazının Avropaya nəqli Cənub Qaz Dəhlizi ilə mümkün olacaq (Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri vasitəsi ilə).

Xatırladaq ki, IGB-nin tikintisinə 33 mln. avro vəsaitin ayrılmasını təsdiq edib. Bu vəsait Komotini (Yunanıstan) və Stara Zaqora (Bolqarıstan) arasında tikiləcək 182 km-lik IGB boru kəmərinin ilik ötürmə gücü 3 mlrd. kubmetr olacaq, gələcəkdə bu göstəriCi 5 mlrd. kubmetrə çatdırıla bilər.