17 Mart 2021 15:37
2 863
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan məhsulları 30 mart – 2 aprel tarixlərində Rusiyanın Moskva şəhərində keçiriləcək "MosBuild 2021" beynəlxalq tikinti və inşaat materialları sərgisində "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunacaq.
Azpromo-dan "APA-Economics"ə verilən məlumata görə, sərgi çərçivəsində potensial müştərilərlə görüşlər keçiriləcək, məhsulların ixracına dair müzakirələr aparılacaq.
Qeyd edək ki, Azərbaycan ikinci dəfə "MosBuild" beynəlxalq inşaat və tikinti materialları sərgisində təmsil olunacaq.
1 İyul 23:45
1 428
1 İyul 22:08
1 176
1 İyul 14:56
1 379