22 Dekabr 16:47
22 Dekabr 16:09
22 Dekabr 12:44
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Ərgüc Kələntərli ilə görüşüb
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi yol qəzasında ölüb
Gələn ildən Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır
Budanov ABŞ-ın planı üzrə sülhə nail olmaq perspektivlərini nikbin qiymətləndirir
13 İyul 2021 13:41
5 110
Yaponiyada Azərbaycan ticarət evinin təsis olunması planlaşdırılır.
Bunu Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) olarkən deyib.
Səfirlə görüşdə İqtisadiyyat nazirinin müşaviri Emil Məcidov Azərbaycan və Yaponiya arasında iqtisadi-ticarət, nəqliyyat-logistika və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial olduğunu vurğulayıb, ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb, qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi üçün əlavə imkanlar yaradan Ələt İqtisadi Azad Zonası haqqında görüş iştirakçılarını məlumatlandırıb.
AZPROMO-nun rəhbəri Yusif Abdullayev ixracın dəstəklənməsi istiqamətində qurum tərəfindən görülən işlər, “Made in Azerbaijan” brendinin təbliği üçün həyata keçirilən tədbirlər barədə məlumat verib.
Səfir Cuniçi Vada Azərbaycan və Yaponiya iqtisadi tərəfdaşlığının inkişafı istiqamətləri barədə danışıb, Yaponiyada Azərbaycan ticarət evinin təsis olunması ilə bağlı fikirlərini bildirib.
Görüşdə Azərbaycan və Yaponiya arasında qarşılıqlı investisiya və ticarətin artırılması məsələləri müzakirə olunub.
22 Dekabr 18:01
1 113
22 Dekabr 17:54
1 078
22 Dekabr 16:44
1 001