Azərbaycanın tədiyə balansı 2,4 milyard dolları ötüb İqtisadiyyat

Azərbaycanın tədiyə balansı 2,4 milyard dolları ötüb

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyə balansı 2,437 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,803 milyard dollar azdır.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən məlumat verir.

Qeyd olunur ki, tədiyə balansının azalması əsasən dünya əmtəə bazarlarında qiymətlərin bərpa olunması və qeyri-neft ixracının əhəmiyyətli artımı ilə əlaqədar olub.

Hesabata əsasən, cari əməliyyatlar balansında 3,9 milyard dollar məbləğində müsbət saldo, maliyyə vəsaitləri hesabında isə 1,5 milyard dollarlıq kəsir yaranıb.

Hesabat dövründə Azərbaycanın ehtiyat aktivləri 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2,4 milyard dollar artıb.

2021-ci ilin yanvar-sentyabr aylarında xam neftin orta qiyməti 62 dollar/barel olub, qeyri-neft ixracı isə 38 faiz artaraq 1,7 milyard dollar təşkil edib.