
Sərdar Ünsal: "Bu səbəbdən Türkiyə dövləti də təhlükənin fərqindədir"
Aprelin əvvəllərində təmas xəttində baş verən erməni təxribatı, düşmən qüvvələrin Azərbaycanın mülki əhalisinə qarşı kimyəvi silahlardan istofadə etməsi "Metsamor" Atom Elektrik Stansiyası təhlükəsini yenidən aktuallaşdırdı. Məlumat üçün qeyd edək ki, təkcə Azərbaycan deyil, eləcə də bütov bir regiona üçün ciddi təhlükə mənbəyi hesab edilən "Metsamor" Atom Elektrik Stansiyası Türkiyəyə ciddi təhdid hesab edilir. Xüsusilə, Türkiyənin İqdır bölgəsi "Metsamor"dan ən ciddi zərər görən vilayətlərdən sayılır. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADDEF) sədr müavini, İqdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal "OLAYLAR"-a müsahibəsində "Metsamor" Atom Elektrik Stansiyasının bölgə, eləcə də region üçün təhlükələrindən danışıb.
-Sərdar bəy, işğala və terrora qarşı mübarizə məqsədilə bir neçə ölkənin qeyri-hökumət təşkilatları ilə birlikdə yaratmış olduğunuz təşkilatın passiv durumda olmasının səbəbi nədir və yaxın vaxtlarlarda hansı addımlar atmağı düşünürsünüz?
-Bizim dərnəyimiz passiv durumda deyil. Hər zaman aktiv olmuşuq. Xüsusilə, Türkiyədə fəaliyyət göstərən diaspora dərnəkləri arasında ən aktiv dərnəklər içərisində bizim təşkilatımız da vardır. Sonuncu dəfə ermənilərin aprel ayının əvvəllərində Azərbaycana qarşı həyata keçirdikləri növbəti hücumu pisləyən mitinq keçirdik.
-2-5 aprel döyüşlərindən sonra Ermənistanda yerləşən "Metsamor" Atom Elektrik Stansiyasının bölgə üçün təhlükəsi yenidən gündəmə gəldi. Qeyri-hökumət təşkilatları olaraq buna qarşı necə bir fəaliyyət ortaya qoymaq olar?
-Uzun ilərdir ki, mən "Metsamor" Atom Elektrik Stansiyasının təhlükəsini hər fürsətdə dilə gətirirəm. İlk olaraq 1986-cı ildə onun şəklini çəkib qəzetlərdə yayan mən oldum. Dəfələrlə bu məsələni dilə gətirmişəm. Həmçinin sözügedən stansiyanın fəaliyyətinin dayandırılması, onun bağlanması üçün imzatoplama kampaniyası da həyata keçirmişəm. Amma Avropa Birliyi dəstək verdiyi için "Metsamor" Atom Elektrik Stansiyasını heç cür bağlamaq mümkün olmur. Təbii ki, məsələni yenidən gündəmə gətirəcəyəm. Hətta zərurət yaranarsa yenidən stansiyanın bağlanması üçün imzatoplama kampaniyası təşkil edəcəm. Məsələni yenidən gündəmə gətirib təhlükənin önəminə diqqət çəkəcəm.
"Metsamor" Atom Eıektrik Stansiyasının İqdır üçün də təhlükəsi böyükdür. Türkiyə dövləti bu problemi dünya ictimaiyyətinin diqqətinə necə çatdıra bilər?
-"Metsamor" Atom Elektrik Stansiyası partlamağa hazır olan saatlı bombadır. Bu səbəbdən Türkiyə dövləti də təhlükənin fərqindədir. Ona görə də sərhəddə 16 yerdə radiasiyanı ölçmə cihazları qoyulub. Bu məsələni müntəzəm olaraq gündəmə gətirən rəsmi şəxslər var. Lakin Ermənistan elektrik enerjisi sıxıntısı olduğunu iddia edərək stansiyanı bağlamır.
-Qısaca olaraq "Metsamor"un İqdır üçün təhlükəsini necə xarakterizə edərdiniz?
-Qısaca olaraq "Metsamor" barədə onu deyə bilərəm ki, Iqdırda bu səbəbdən xərçəng xəstələrinin sayı sürətlə artır. Yaşlı, gənç demədən xərçəng İqdırda yayılmağa başlayıb. Rəsmi statistik məlumatlara görə hər il Iqdırda və diğər 200 vilayətdə 150-yə yaxın insana xərçəng diaqnozu qoyulur. Iqdır Dövlət Xəstəxanası müayinə məqsədilə gedən insanların çoxunda xərçəng aşkarlanır. 180.000 əhalisi olan bir vilayətdə il ərzində xərçəngdən ölənlərin sayı 300 nəfərə yaxın təşkil edir. Sonuncu dəfə Karakoyunlu qəsəbəsində 53 yaşındaki Kasım Tuzluca ağciyər xərçəngindən həyatını itirib. Bununla bərabər müəyyən edə bilmədiyimiz çoxlu sayda insan 7 ay içərisində xərçəng xəstəliyindən vəfat edib. Əldə etdiyimiz məlumata görə, 1990-cı illərdə Iqdırda 15-20, 2000-ci illərdə 30-40, 2010-2011-2012-ci illərdə isə hər il 300-ə yaxın insanda xərçəng xəstəliyi aşkar edilib. Ona görə də xalqdan nəyisə gizli saxlamağın mənası yoxdur. Hesab edirəm ki, xəstəxana qeydlərini xalqa açıqlamaq lazımdır. Hətta təkcə Iqdır Dövlət Xəstaxanası deyil, Ərzurum, Ankara və İstanbulda müalicə olunan və həyatını itirən vətəndaşlarımızın da hansı səbəbdən dünyasını dəyişdiyi barədə bilgilər cəmiyyətə çatdırılmalıdır. Amma təəssüflər olsun ki, bir müddət əvvəl Türkiyə Atom Enerjisinin açıqlamasında Iqdır nəzərdə tutularaq sərhəd bölgələrində hər hansı bir problemin olmadığı iddia edilmişdi. Amma problem yoxdur deməklə iş bitmir. Bir müddət əvvəl bu sahəyə cavabdeh olan qurumlar Iqdıra gələrək vilayətin müxtəlif yerlərindən nümunələr götürüb yeni radiasiyon ölçü cihazları qoydular.
Məlumat üçün qeyd edim ki, "Metsamor" Atom Elektrik Stansiyasının Ermənistanın Spitak şəhərində baş verən zəlzələdən sonra qısa bir müddətlik bağlanıldığı zamanda xərçəng xəstələrinin sayında azalma qeydə alınıb. Məsələn, 1988-ci ildə Ermənistanda baş verən 6.9 bal gücündə zəlzələdən zərər görən stansiya o zaman bağlandı və 1990-cı illərdə Iqdırda 15-20 nəfər arasında xərçəng xəstəsi aşkar olundu. 1995-ci ildə stansiyanın yenidən fəaliyyətə başlaması ilə bu virusa yoluxanların sayı artmağa başladı və 2000-ci illərdə artıq 40-50 nəfərdə xərçəng xəstəliyi aşkar edilirdi. Hazırda heç bir texniki şərtlərə uyğun gəlməyən stansiyanın fəaliyyətini davam etdirməsinin nəticəsidir ki, xərçəng xəstəliyinə tutulan insanların sayı hər keçən gün artır. On ildən artıqdır ki, "Metsamor"un mənfi təsirləri, insan orqanizminə vurduğu zərər özünü göstərir. Qadınlar hamilə qala bilmir, ana bətnində ölüm halları artır. Həmçinin qüsurlu doğulan uşaqların sayı artır. "Metsamor" Atom Elektrik Stansiyası təkcə insanlarda deyil, eləcə də heyvanlarda bir çox xəstəliklərə yol açır. Belə ki, heyvanlar da qüsurlu şəkildə doğulur. Həmçinin meyvə və tərəvəz məhsullarının tərkibi radiasiyaya məruz qalır.
-Bu arada ermənilər Ağdamda məscidləri hərbi qərargaha çeviriblər. Ermənilərin bu əməllərinə qarşı dünya ictimaiyyəti, İslam aləmi necə bir mövqe ortaya qoya bilər?
-Ermənilər soyqırımçı, vəhşi bir millətdir. Bu insanlarda Allah qorxusu yokdur. Bu səbəbdən də onların atmış olduğu addım normaldır. Daha əvvəl də ermənilər məscidləri heyvan axırına çevirmişdilər. Təəssüflər olsun ki, dünya ictimaiyyəti bu hadisəni eşitsə və bilsə də, lakin eşitməməzlikdən gəlir. Necə ki, Xocalıda törədilən soyqırımı "görməyib", "eşitməyiblərsə", eləcə də məscidin hərbi qərargaha çevrilməsini də görməyəcəklər. Bu gün təəssüflər olsun ki, İslam dünyası da atəş çəmbəri içərisindədir. Bəzi İslam ölkələri isə səltənət içərisində yaşıyırlar və onların İslamlıqla əlaqəsi yoxdur. Amma yenə də çalışıb bu hadisənin foto görüntülərini yaymaq lazımdır. Eləcə də Azərbaycanda rəsmi qurumlar müvafiq açıqlamalar verməlidirlər. Əgər foto şəkillər olsa, biz də dərnək olaraq lazımı təpkiyi göstərərik.
-Azərbaycanın bu günkü durumunu necə xarakterizə edərdiniz?
-Bu gün Azərbaycan bölgədə inkişaf edən və güclənən bir dövlət olub. Prezident İlham Əliyevin sayəsində Azərbaycan getdikcə güclənir. Təəssüflər olsun ki, bu gün Azərbaycanın ən böyük problemi Ermənistanla yaşanan müharibə və torpaqlarının ermənilər tərəfindən işgal edilməsidir. Bu vəziyyətə də beynəlxalq aləm göz yummaqdadır. Ümid edirəm ki, tezliklə Azərbaycanın işğal altında olan torpaqları da azad ediləcək.