“Azərbaycan öz torpaqlarını qısa zaman kəsiyində işğaldan azad etmək gücündədir” Müsahibə

“Azərbaycan öz torpaqlarını qısa zaman kəsiyində işğaldan azad etmək gücündədir”

Nurəddin Aras: "Amma buna dünya imkan vermir"

İqdır millət vəkili Nurəddin Arasın iş otağında olduğum 3 və ya 4 saatı özümü İqdırda sandım. İqdırdan millət vəkili olsa da, Qarts insanlarının ümid qapısı Nurəddin Arası Tartu insanı da ümid qapısı kimi arayır, rahatlıqla dərdini söyləyə və… "Və"si bu ki, ilk görüşdüyüm bu adamın su kimi keçən və nəfəs almaq üçün zaman tapmadığı iş gününə sadəcə şahidlik etmədim, həm də iç və çöl dünyasına şahidlik etdim. Tanış olduğumuzdan bu yana çöhrəsindəki təvazö, təbəssüm heç əksilmir...Beləcə saatlar axıb gedir və neçə ailənin probleminin həllinə şahid oluram. Cib telefonuna gələn zənglərə özü cavab verir, qeydləri özü götürür. Arada zaman tapanda mənim suallarımı da cavablandırır. Təbii ki ilk sual gündəmdəki məsələdir; Almaniyanın qondarma soyqırımı tanıması və Türkiyənin buna sərt reaksiyası.
-Almaniya Parlamentinin 1915-ci il olaylarını "soyqırım" olaraq dəyərləndirməsinin ardından Türkiyə Berlindəki səfiri Hüseyin Avni Karslıoğlunu müzakirə üçün Ankaraya çağırdı. Almaniyanın Ankaradakı səfiri də Xarici İşlər Nazirliyinə çağırıldı. TBMM-dəki 3 partiya qərara qarşı ortaq deklarasiya hazırladı. Türk millətinin gəlmişi keçmişi bəlli. Bizim keçmişimizdə üzümüzü qara edəcək bir əməlimiz yoxdur. Türkiyə bu qərara hər platformada gərəkən cavabı verəcək. Amma ən böyük cavabımız bu gün Anadoluda olan kütləvi məzarlıqlar, insanların canlı olaraq basdırıldığı quyulardır. İqdırın Tandırdamı, Hakmehmet, Obaköyü və demək olar ki hər kəndində kütləvi məzarlıqlar var. Və bu məzarlıqlar İqdırla bərabər Qars, Ərzurum və demək olar ki, bütün Türk bölgələrində mövcuddur. Almaniya Federal Parlamenti, Osmanlı İmperiyasının süqutu prosesində yaşananları öyrənmək istəyirsə, 2005-ci ildən bu yana israrla tövsiyə etdiyimiz azad, hər kəsə açıq və elmi təməldə çalışacaq ortaq Tarix Komissiyasının qurulmasına dəstək verə bilər. Azadlığın bir çox sahədə istifadə olunduğu Almaniyada, 1915-ci olayları mövzusunda isə tək səsli və təzyiq edən bir ortam var. 1915-ci ildə nə olduğunu anlamaq və anlatmaq yerinə, erməni yalanlarını diktə etmək üzrə bu ölkədə uzun illərdir yürüdülən çalışmalarla nəşr edilən çoxsaylı kitab, sənədli süjetlər və film alman ictimaiyyətində tək yönlü bir qanadın formalaşmasına gətirib çıxarıb. Almaniya Namibyadan Holokosta uzanan cinayət və soyqırım tarixininyaratdığı travmadan qurtula bilmir.
-Hörmətli millət vəkili, 1915-ci illərdə baş verənlərin araşdırılması və aparılan qazıntılarda tarixin ispatlanması yerinə bu gün Azərbaycanda ermənilərin törətdiyi Xocalı soyqırımının canlı şahidlərini siyasi səhnəyə çıxarmaq daha məntiqli deyilmi?
-Türkiyə və Azərbaycan arasında münasibətlərdə bir boşluq var. Bu qədər yaxınlıq və çalışmalar belə bu boşluqları aradan kaldırmır. Əsil soyqırım 1992-ci ildə də Azərbaycanda yaşandı. Amma təəssüf ki, Türkiyə illər boyu erməni lobbisinin aktiv çalışdığı, iş apardığı, aramızda yaranan boşluğu öz fəaliyyətləri ilə doldurduğu bir məkana çevrilib. Yanlış anlaşılmasın, Azərbaycan Türkiyə qardaşdır və biz sonradan qardaş olmadıq,qardaş doğulduq. Bu gün Azərbaycan Prezidenti Türkiyənin ən acı günündə yanımızda olur və sarılır. Amma birliyimizi pozamq üçün təxribatlar da yaşanır. Məsələn, bəziləri qalxıb futbol oyununa gedir və orada məqsədli şəkildə bayraq olayı yaşanır, bununla da birliymizdə çat yaranacaq qədər gərgin vəziyyət yaşanır.
Demək boşluqlar var və bunu doldurmaq lazımçdır. Söylədiyiniz məsələ isə daim gündəmdə olmalıdır. Mən İqdır bələdiyyəsində təmsil olunanda Almaniyanın 2 böyük şəhərində Xocalı soyqırımı ilə bağlı konfrans təşkil etdik. Ermənilər etiraz yürüşü təşkil etdilər. Şəhər polisi bildirdi ki, olmaz, qarşıdurma yaranacaq, təhlükəsizliyinizə qarantiya vermrik. Amma biz bütün təhdidlərə baxmadan konfaransları keçirdik. İndi Almaniya soyqırım qərarı qəbul edir və orada yaşayan türklər etiraz etmirlər. Demək istədiyim odur ki, çox çalışmağımız lazımdır. Bir neçə gün öncə Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışını oxudum. Orada tam bir yol göstərilir. Yol xəritəsidir, nələrin edilməli olduğu, bu boşluğun aradan qaldırılması üçün hansı addımlar atılmalıdır, bunların hamısı var. Azərbaycanın xaricində fəaliyyət göstərən qeyri hökumət təşkilatlarının görəcəyi işlər və bu kimi mövzular müzakirə olundu. Sənə bir xəritə verilib. Sən çalışmalı və əlini daşın altına qoymalısan. Birləşmən, vahid bir formada bir strateji hədəflərlə fəaliyyətə keçmən zəruridir.
-Bəli, İqdırda bələdiyyə seçkilərindən dərhal sionra İstanbulda fəaliyyət göstərən Hrant Dink Vəkfinin İqdıra işgüzar səfəri oldu. Ermənistan Türkiye sərhədlərinin açılması mövzusunda vəkfin və İqdır bələdiyyə sədri ilə görüşmələr başlayanda kimsədən səs çıxmadı…
-Türkiyə Ermənistan sərhədlərinin açılması Türkiyə Cumhuriyəti hökumətinin qərarlarına bağlı bir mövzudur. Bu qərarın həyata keçməsi üçün şərtlər var; Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları dərhal boşaldılmalıdır. Digər şərtlər də birbaşa Qarabağ və Azərbaycan həqiqətlərinin üzərindədir. Bu şərtlər yerinə yetirilmədiyi halda heç bir sərhəd açılması mövzusu gündəmə gələ bilməz.
-Təəssüf ki, bütün dünyada olduğu kimi Türkiyədə də milyondan çox bir Azərbaycan toplumu olmasına baxmayaraq bir erməni vəkfinin apardığı işləri apara biləcək gücdə deyiliz…
-Əslində güçlüyük. Həm də çox güçlüyük. Bu gün Azərbaycan Qafqazın parlayan ulduzudur. Ordusu çox güclüdür. Amma nə edək ki. silaha əl atarsa, qarşısında dünya gücləri dayanacaq. Ermənistanı dünya xəritəsindən silməyə təkcə Naxçıvan yetər. Yəni demək istədiyim odur ki, Azərbaycan öz torpaqlarını qısa zaman kəsiyində işğaldan azad etmək gücündədir. Amma buna dünya imkan vermir. Çünki Ermənistan onun övladıdır. Həm də bu "övlad" türk dünyasını birləşdirən Türkiyə Azərbaycan torpaqlarını fiziki olaraq parçalamaq üçün doğulub. İndi də qondarma soyqırımı Türkiyə üzerinə yükləmək, qəbul etdirmək istəyirlər. Daha sonra bu məqsədli şəkildə doqğduqları övladlarının çökən iqtisadiyyatını Türkiyənin ödəyəcəyi təzminat hüsabına xilas etmək istəyirlər. Çünki Azərbaycan və Türkiyənin embarqoları nəticəsində Ermənistan Qafqazda həyata keçirilən beynəlxalq layihələrə qatıla bilmir. Avropanın yardımı ilə yaşayır. Bu həm də iqtisadiyyatı hər gün inkişaf edən Türkiyəni ağır bir yük altında qoymak məqsədi daşıyır.
–Son sualımı verirəm. İqdırın enerji layihəsindən faydalanmaq səyləri içərisində olduğunuzu gördüm.
– Öz elektrik enerjilərini istehsal edən topluluqlar sadəcə elektrik istehsal etmirlər, eyni zamanda iqtisadi, kütləvi, fərdi və demokratik dəyərlər də yaradırlar. Məlumdur ki, İqdır pambıq yetişdiirlməsi üçün quru və isti hava şərtlərinə sahibdir.
Yaxın bölgələrdə yaşıl enerji istehsal edildiyi halda İqdır bu imkana sahiblənmədi. Əkinçilər həyatlarını və əkin fəaliyətlərinə davam edə bilmək üçün yaşıl enerjini, yəni yeyilə bilən enerji kəndinə sahib olmalıdır. Günəş paneli ilə istehsal edilən elektrik enerjisinin qiymətlərini düşünün. İqdırda həm kənd təsərrüfatı, həm digər iqtisadi fəaliyətlər bu layihədən sonra sürət qazanacaq. İqdırın siması və iqtisadiyyatı dəyişəcək. Günəş və külək enerjisi istehsalı yeli sosial fəaliyyətlərə şərait yaradacaq. Son çalışmalarım da bu yöndədir. İnşallah ən qısa zamanda bu işi də uğurla başa vurarıq.

Kəbutər Haqverdi
Baymedia.az