“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Ayxan Hacızadə Fransanın Azərbaycana səyahət xəbərdarlığını qətiyyətlə pisləyib
Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Türkiyə və İtaliya şirkətləri yeni zirehli texnikanın sınaqlarını başa çatdırıb
12 azərbaycanlı uşaq türk adlarına görə doğum haqqında şəhadətnaməsiz qalıb
10 Mart 2022 19:17
5 348
Azərbaycan - Türkiyə münasibətləri ən pik həddədir. Digər bir tərəfdən də bu əlaqələr həyatımızın bütün sahələrini əhatə edir.
Trend xəbər verir ki, bu sözləri ARB-24 telekanalının "İş vaxtı" verilişində çıxışı zamanı Trend Beynəlxalq İnformasiya Agentliyinin Xarici Layihələr Direksiyasının rəhbəri Rufiz Hafizoğlu deyib.
O qeyd edib ki, Azərbaycan - Türkiyə münasibətlərinin tarixi mədəni kökləri var.
"Azərbaycan - Türkiyə münasibətlərindən danışanda biz ümumilikdə bu münasibətlərin sadəcə iki dövlətin xeyrinə olduğunu qeyd edirik. Lakin daha diqqətlə şərh etsək, görərik ki, bu münasibətlər yalnız Azərbaycan və Türkiyə üçün yox, həmçinin, bölgə üçün də əhəmiyyətlidir.
Qarabağda Zəfərdən sonra Azərbaycan bütün dünyaya sülhün tərəfdarı olduğunu yalnız sözlə yox, həm də orada aparılan quruculuq işləri ilə göstərdi", - deyə R.Hafizoğlu əlavə edib.