Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
17 May 2022 16:21
3 927
Türkiyə Azərbaycanı hər zaman dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.
Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycan torpaqları işğal olunmuşdu və beynəlxalq təşkilatlar torpaqların işğalını tanımışdılar, problemin həlli üçün ATƏT-in Minsk qrupu yaradılmışdı.
“Ancaq bu təşkilat 30 ildən çox müddət ərzində heç bir həll yolunu həyata keçirə bilmədi. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazilərini azad etdi. Azərbaycanın mübaruzəsində hər zaman dəstək vermişik və bundan sonra da verəcəyik. Azərbaycanın mövqeyi haqlı idi və öz əraziləri uğrunda mübarizə aparırdı”, - deyə o əlavə edib.