Avropa Azərbaycan Məktəbi şəhid övladının təhsil haqqını öz üzərinə götürüb
Üç cərrahın ixtisasına uyğun olmayan plastik əməliyyatlar apardığı aşkarlanıb
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub
Fatma Varank: COP31-də dünyada iqlim maarifləndirilməsinin genişləndirilməsi hədəflənir
Ali Məhkəmə vətəndaşdan xəbərsiz rəsmiləşdirilən onlayn kreditlərlə bağlı izah verib
18 May 2022 21:23
3 003
Azərbaycanda biznes mühiti investorlar üçün əlverişlidir.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı deyib.
"Biz 10 milyardlarla birbaşa xarici investisiyadan məmnunuq. Xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi də çox vacibdir. İnvestisiya proqramlarımızın ilkin vaxtlarında əsasən neft-qaz sektoruna investisiya qoyulurdusa, indi biz bərpaolunan enerji sahəsində birbaşa xarici investisiyaları görürük. Bu ilin əvvəlində xarici investorlar ilə 470 meqavat gücündə günəş və külək elektrik stansiyaları tikmək üçün iki böyük müqavilə imzalanmışdır ki, bu da əlverişli investisiya mühitinin olmasının göstəricisidir", - deyə Prezident İlham Əliyev bildirib.