Qazaxıstan səfiri: “Qarabağın azad edilməsi ilə tarixi ədalət bərpa olunub” Siyasət

Qazaxıstan səfiri: “Qarabağın azad edilməsi ilə tarixi ədalət bərpa olunub”

Qazaxıstan və Azərbaycan Ekspert Qrupu yaradır.

Bu barədə Qazaxıstan-Azərbaycan arasında diplomatik münasibətlərinin 30-cu ildönümü ilə bağlı təşkil olunmuş konfransda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev deyib.O bildirib ki, Qazaxıstan və Azərbaycan arasında münasibətlər genişlənir: “Orta Dəhlizin meydana çıxması ilə yeni imkanlar meydana çıxıb, artıq gömrük sahəsində danışıqlar gedir və ilkin razılıq əldə olunub”.

Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov qeyd edib ki, iki ölkə arasında tarixi əlaqələr var, mənəvi, mədəni yaxınlıq və oxşar köklər bu münasibətləri daha da gücləndirir.

Səfir vurğulayıb ki, bu il iki ölkə diplomatik münasibətlərin 30 illiyini qeyd edir, Azərbaycan-Qazaxıstan arasında strateji tərəfdaşlıq mövcuddur, iki ölkə beynəlxalq platformalarda bir-birini dəstəkləyir.

Diplomat deyib ki, Qazaxıstan və Azərbaycan dövlət başçıları arasında da yaxın münasibətlər mövcuddur və bu da iki ölkənin münasibətlərinə töhfə verir.

O əlavə edib ki, Qazaxıstandakı azərbaycanlılar ölkənin iqtisadi, mədəni inkişafına töhfə verir, ölkəni müxtəlif sahələrdə uğurla təmsil edir.

“Qarabağın azad edilməsi ilə tarixi ədalət bərpa olundu, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Artıq postmünaqişə dövrü başlayıb, yenidənqurma işləri gedir, yeni infrastruktur layihələri həyata keçirilir. Məsələn, Füzuli beynəlxalq hava limanını qeyd etmək istərdim. Artıq regionda yeni reallıq mövcuddur”, - diplomat bildirib.

Səfir yanvar ayında Qazaxıstanda baş verən hadisələri də xatırladıb. O deyib ki, baş verənlər onun ölkəsində yeni dinamikaya yol açıb, sosial, iqtisadi istiqamətlərdə yeni addımlar atılır: “İyunun 5-də Qazaxıstanda referendumun keçirilməsi yeni idarəetməyə keçid, parlament statusunun gücləndirilməsi, vətəndaşların hüquqlarının müdafiəsinin gücləndirilməsi, mexanizminin yaradılmasına xidmət edəcək".

Səfir diqqətə çatdırıb ki, ümumi gələcək naminə əməkdaşlıq gücləndirilməli, əlaqələrdə yeni mərhələ açılmalıdır: "Mən inanıram ki, yeni mərhələ davamlı və hərtərəfli olacaq, əlaqələrimiz bütün istiqamətləri əhatə edəcək. İnanıram ki, bu gün əsası qoyulan Ekspert Şurası əlaqələrimizin inkişafında analitik dəstəyi verəcək”.

Qazaxıstan Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Yerki Tukumov çıxışında Azərbaycanın və Qazaxıstanın qardaş xalqlar olduğunu və qonşudan daha artıq olduğunu vurğulayıb.

O deyib ki, Azərbaycan və Qazaxıstan arasında indiyədək 90-dan çox sənəd imzalanıb: “Azərbaycan Cənubi Qafqazda bizim vacib strateji tərəfdaşımızdır. Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib, biz keçmiş münaqişənin həmişə qətnamələr çərçivəsində həllini dəstəkləmişik”.

Qazaxıstan Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri qeyd edib ki, hazırda Qazaxıstanda 50-yə qədər Azərbaycan kapitallı şirkət fəaliyyət göstərir: “İki ölkə arasında ötən il ticarət dövriyyəsi 332 milyon dollar təşkil edib və inanırıq ki, daha yüksək göstəricilər əldə olunmalıdır. Kənd təsərrüfatı, yaşıl enerji, qaz sahəsində geniş imkanlar var. Həmçinin, neftin ixrac marşrutlarının şaxələndirilməsi Qazaxıstan üçün vacibdir”.

Konfrans müzakirələrlə davam edib.

Qazaxıstan səfiri: Qazaxıstan səfiri: Qazaxıstan səfiri: Qazaxıstan səfiri: Qazaxıstan səfiri: