"Bütün namizədlər Bakı ilə razılaşdırılmalıdır" Siyasət

"Bütün namizədlər Bakı ilə razılaşdırılmalıdır"

Son günlər Qarabağdakı qondarma qurumun başçısı Araik Arutunyan bir sıra “nazirləri” postlarından azad edir və yaxud onları “səlahiyyətləri icra edən” statusuna keçirir. Bəzi şərhçilər bunun hansısa ciddi proses olduğu qənaətini ifadə edirlər. Hətta Ermənistanın keçmiş XİN rəhbəri Vardan Oskanyanın qondarma qurumun “xarici işlər naziri” təyin olunacağını proqnozlaşdırırlar.

İşğalçıların "kadr islahatı" na münasibət bildirən rusiyalı politoloq Vitali Arkov "Xalq Cəbhəsi"nə deyib ki, bəlli səbəblərdən Qarabağda inzibati orqanlarda ermənilər də təmsil oluna bilər.

Amma Qarabağda bütün namizədlər Bakı ilə razılaşdırılmalıdır, həmçinin Qarabağın məmurları. Ancaq həmin məmurlar arasında əli dirsəyə qədər qan içində olan adamlar olmasın.
Cavid