Separatçılar çaşqınlıq içərisində Siyasət

Separatçılar çaşqınlıq içərisində

Oğru Ruben Vardanyan“hörmətli adamlar”la məsləhətləşdikdən sonra bu günə Xankəndidə planlaşdırılan mitinqin təxirə salındığını bəyan edib və deyib ki, niyyəti ötən əsrin 80-ci illərində keçirilən aksiyaların eynisini keçirməkdir.

Yəni Ruben də, özünün dediyi kimi məsləhətləşdiyi “hörmətli adamlar” da aksiyada kütləviliyin təmin olunmasını arzulayırlar. İndiki şəraitdə isə, bu, mümkün deyil. Ona görə də “pulyuyan Ruben” bir neçə gün ərzində Rusiya sülhməramlılarının müvəqqəti müşahidə zonasına daxil olan Azərbaycan ərazilərindəki yaşayış məntəqələrini dolaşacaq və görüşlər keçirəcək.

Rubenin açılamalarından da belə anlaşılır ki, o, mitinqi, yalnız muzdlu “aksiya iştirakçıları”nın Ermənistandan avtobuslarla daşınmasının mümkünsüzlüyünə görə deyil, həm də yerli əhalinin iştirakından əmin olmadığı üçün təxirə salıb. Əks təqdirdə Ağdərə, Xocavənd və Xocalı rayonunun Əsgəran qəsəbəsinə gedərək, sakinlərlə “məsləhətləşmək” niyyətinə düşməzdi.

Ruben Vardanyanın və yan-yörəsindəki separatçı tör-töküntülərinin Xankəndidə mitinqin çağırılması ilə bağlı qərarlarını qısa bir zaman ərzində dəyişmələri, qənaətimə görə, Şuşa-Xankəndi yolunda davam etməkdə olan aksiyanın yaratdığı çaşqınlığın əlamətidir. Bu baxımdan, pressinqin davam etməsinin vacibliyini düşünürəm. Gündəmi davamlı olaraq biz diqtə etməli və təşəbbüsün, qismən də olsa qarşı tərəfə keçməsinə imkan verməməliyik.

Talançının ünvanı

Bu arada bir məqama da diqqət çəkməyi vacib hesab edirəm. İstər dəyərli həmvətənlərimizin Şuşa-Xankəndi yolunda keçirdikləri aksiyada, istərdə də mediada Rusiya sülhməramlılarının müvəqqəti müşahidə, yaxud səlahiyyət zonasına daxil olan ərazilərimizdəki təbii sərvətlərin talan edilməsi və ekoterrorizmlə bağlı yanaşmalarımızda, yalnız Ruben Vardanyanı və separatçı tör-töküntüləri, baş verənlərə, ən yaxşı halda müşahidəçi qalan sülhməramlıları hədəf göstərməməliyik. Hədəf həm də Ermənistan olmalıdır. Çünki Riben Vardanyan 2021-ci ilin iyun ayından Ermənistan vətəndaşıdır və Azərbaycan ərazilərindən oğurlanan təbii sərvətlər Laçın yolu ilə Ermənistana daşınır. Bu baxımdan, Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərindəki təbii sərvətlərimizin talanması, ekologiyamıza vurulan ziyan, sadəcə kriminal hadisə deyil, həm də beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Beynəlxalq hüquqa görə, bu və ya digər dövlətin suveren ərazilərindəki torpaqlar və təbii resurslar həmin dövlətin aydın şəkildə ifadə edilmiş rəsmi razılığı olmadan başqa ölkələr tərəfindən istifadə oluna bilməz. İndiki halda Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altındakı ərazilərimizdə baş verənlər - təbii sərvətlərimizin talan edilməsi, təbiətimizə ziyan vurulması Ermənistanın Azərbaycanın təbii resurslarını qanunsuz istismarını, ekologiyamıza qarşı terror cinayətini davam etdiridyini sübuta yetirir.

Elçin Mirzəbəyli