12 Yanvar 2023 09:54
4 550
Rusiyanın Ukraynaya təcavüzü sivil dünya tərəfindən birmənalı qarşılansa da edilən reaksiya hələ də özünü doğrultmayıb, lazımi nəticə verməyib. Proseslərin gedişi böyük güclərin Rusiya ilə gizli sövdələşməsi barədə fikirlərə inamı artırır.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Vüqar Dadaşov deyib.
Onun sözlərinə görə, hətta Tehran dövlətinin Rusiya - Ukrayna müharibəsinə Rusiya tərəfindən faktiki qoşulmasına da gözlənilən refleksi vermədi:
"Sözsüz ki, Qərb öz oyunu üçün istənilən dövlətdən istifadə etməyə və sonda da onu qurban verməyə hazır olan tərəf olması mübahisə edilən mövzu deyil. Bəli, ABŞ başda olmaqla Qərb Rusiyanın elə öz işğalçılıq mahiyyətindən istifadə edərək onu Ukrayna avantürasına çəkdi. Təbii ki, Ukraynanın hərbi qələbəsini tezləşdirən lazımi hərbi yardımı gözləmək sadəlövhlükdür. Müharibəni Ukrayna xalqı ancaq öz daxili potensialı, texniki imkanları əsasında uda və ya onu qane edən razılaşmanı qazana bilər".
Cavid
13:02
308
11:48
490
11:45
518