“Dövlətə və millətə qarşı müxalifətçilik edənlər...” Siyasət

“Dövlətə və millətə qarşı müxalifətçilik edənlər...”

Suyavuş Novruzov: "Maliyyə hesabatı verməkdən boyun qaçırırlar"

"Bir sıra özünü müxalifət partiyası adlandıran, lakin ümumiyyətlə, müxalifətçilik yox, dövlətə və millətə qarşı müxalifətçilik edən qruplar bu gün maliyyə hesabatı verməkdən boyun qaçırırlar".
Bunu Milli Məclisin bugünkü plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, həmin partiyaların hansı halda bu hesabatı verməsi İnzibati Xətalar Məcəlləsində cərimələr vasitəsilə müəyyənləşməlidir:
"Aşkarlıqdan, demokratiyadan, şəffaflıqdan danışan insanlar təəssüf ki, məsələ öz maliyyə mənbələrinə çatanda şəffaflıq göstərmirlər. Bir sıra partiyalar bir vərəq ağ kağız göndərirlər ki, bizim maliyyə dövriyyəmiz olmayıb. Nə gəlirimiz nə xərcimiz var. Nəzər salanda görürsən ki, qərargahında 10-larla insan çalışır, özlərinin cangüdənləri var, bahalı maşınlarda gəzirlər və hesabat verməkdən boyun qaçırılar. Çünki, hesabatları şəffaf deyil və bəzi xarici qüvvələr tərəfindən maliyyələşirlər. Qarşılarına qoyulan məqsəd Azərbaycanda ictimai-siyasi asayişi pozmaq, ölkə əleyhinə təbliğat aparmaq, böhtan atmaqdan ibarətdir".
Siyavuş Novruzov əlavə edib ki, gələcəkdə bu məsələlərə qarşı tədbirləri daha da güclənidirməlidir: "Qanuna başqa maddə əlavə etməliyik ki, il ərzinə maliyyə hesabatı verməyən partiyaların yoxlanması və həmin təşkilatın ləğv edilməsi məsələsi gündəmə gətirilməlidir. Hesabatları şəffaf olmayan təşkilatların nə ilə məşğul olduqları məlumdur. Xarici ölkələrdən hətta erməni lobbisindən maliyyə almaqdan çəkinmirlər".