“Məsuliyyəti birbaşa molla rejimi daşıyır”-politoloq Siyasət

“Məsuliyyəti birbaşa molla rejimi daşıyır”-politoloq

“Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücum tamamilə siyasidir və məsuliyyəti birbaşa molla rejimi daşıyır”. Bunu xalqcəbhəsi.az –a açıqlamasında politoloq Turan Rzayev deyib. T.Rzayev bildirib ki, İranda etiraz aksiyalarının davam etdiyini nəzərə alsaq məntiqlə İranda nəinki odlu silah, heç soyuq silah belə daşımaq mümkün olmamalıdır: “Lakin səfirliyə hücum edən şəxs İranın paytaxtı Tehranda səfirlik binasının önünə qədər Kalaşnikov markalı avtomat ilə gəlsə də heç bir hüquq-mühafizə və ya təhlükəsizlik qüvvələri tərəfindən yoxlanılmır.
Digər tərəfdən hücum edən şəxs Kalaşnikov markalı avtomat silahla mühafizə postunu yarıb xidmətinin rəisini qətlə yetirib, iki nəfər mühafizə əməkdaşını da yaralayıb. Bu həmin şəxsin heç də sadə bir şəxs olmadığı, xüsusi təlim keçmiş biri olduğunu deməyə əsas verir. Mümkündür ki, həmin şəxsin SEPAH ilə birbaşa əlaqəsi var”.