Prezident İlham Əliyev Macarıstanın iqtisadi inkişaf nazirini qəbul edib - YENİLƏNİB Siyasət

Prezident İlham Əliyev Macarıstanın iqtisadi inkişaf nazirini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Macarıstanın iqtisadi inkişaf naziri Marton Nadı qəbul edib.

Dövlət başçısı Macarıstana son səfərini məmnunluqla xatırlayaraq, Macarıstan Prezidentinin və Baş nazirinin bu səfər zamanı göstərdikləri qonaqpərvərlik və sıx əməkdaşlıq səylərini bir daha yüksək qiymətləndirib.
Prezident İlham Əliyev bu səfərin yaxşı nəticələr verdiyini vurğulayaraq Marton Nadın ölkəmizə gəlməsinin ikitərəfli münasibətlərimizin inkişafı baxımından önəmini qeyd edib. Dövlət başçısı Macarıstanın iqtisadi inkişaf nazirinin səfərinin əldə olunmuş razılıqlara əsasən gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi üçün yaxşı imkan yaratdığını deyib. Əlaqələrimizin gündəliyinin genişləndiyini bildirən Azərbaycan Prezidenti bütün istiqamətlərdə artıq yaxşı nəticələrin olduğunu vurğulayıb.

Qəbula görə minnətdarlığını ifadə edən Marton Nad dünən Azərbaycan hərbçilərinin şəhid olması ilə bağlı dövlət başçısına başsağlığı verib.

Macarıstanın iqtisadi inkişaf naziri ölkəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünü daim dəstəklədiyini bildirərək sülh və danışıqlara alternativin olmadığını vurğulayıb. Qonaq Prezident İlham Əliyevin Macarıstana səfərinin yüksək səviyyədə həyata keçirildiyini və münasibətlərimizin inkişafı baxımından böyük önəm daşıdığını deyib.

Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

***

10:27

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Macarıstanın iqtisadi inkişaf naziri Marton Nadı qəbul edib.

Bu barədə Prezindetin Mətbuat Xidməti məlumat yayıb.