

18 Oktyabr 20:32
Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bir sıra yollarında tıxac var - SİYAHI
Bakıya uçan AZAL təyyarəsi Sankt-Peterburq aeroportuna geri dönüb
“Azərbaycan mədəniyyətlər və dinlər arasında dialoqun təşviqində mühüm rol oynayır”
KİV: Tramp yalnız Ukraynaya deyil, həm də Rusiyaya təhlükəsizlik zəmanətləri təklif edib
Fransa hökumətini ölkədə konstitusion hüquqlara hörmət etməyə çağırırıq.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransada etiraz aksiyaları ilə bağlı yerli mətbuatın sualına cavabında bildirib.
"Fransada Prezident Makronun qərarı ilə əlaqədar əhalinin etirazlarına qarşı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həddindən artıq və qeyri-proporsional güc tətbiqini, bəzi hallarda etirazçılara qarşı qeyri-insani davranışları pisləyirik.
Fransa hökumətini ölkədə fikir və sərbəst toplaşma azadlığı, dinc etiraz hüququ kimi konstitusion hüquqlara hörmət etməyə çağırırıq.
Hesab edirik ki, Avropa Şurası və beynəlxalq insan hüquqları təşkilatları Fransada aşırı zorakılıq hallarının araşdırılması və bu ölkənin öhdəlikləri çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsini tələb etməlidir," - deyə A.Hacızadə qeyd edib.