“Ordumuzun hərbi-vətənpərvərlik ruhu özünün pik nöqtəsindədir” Siyasət

“Ordumuzun hərbi-vətənpərvərlik ruhu özünün pik nöqtəsindədir”

Elman Nəsirov: "Bütün qoşun növləri arasında unikal koordinasiya mövcuddur"

"Cənab Prezidentin qeyd etdiyi kimi, Ermənistan işğalçı dövlət olaraq status-kvo vəziyyətinin qorunub saxlanmasında maraqlıdır". Bunu
millət vəkili Elman Nəsirov deyib: "İşğalçı dövlət münaqişənin həllində müsbət tendensiyaların işartısını gördükdə belə, bütün qüvvələrini səfərbər edir və həmin prosesinın qarşısını alır. Bu məqsədlə arsenalında olan bütün ənənəvi təxribat üsullarından istifadə edir, bir çox hallarda hərbi avantüraya əl atır. Bu baxımdan son baş verən hadisələrdə də Ermənistanın davranışı istisna təşkil etmədi. Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev hələ keçən ilin dekabrında Vaşinqtonda keçiriləcək İV Beynəlxalq Nüvə Sammitində iştirakla bağlı ABŞ prezidenti Barak Obamadan dəvət almışdı. Azərbaycan nə nüvə dövlətidir, nə də ərazisində AES vardır. Bu dəvət ölkəmizin beynəlxalq təhlükəsizliyin təminatına verdiyi mühüm töhfələrlə bağlıdır. Dövlətimizə olan böyük etimaddan qaynaqlanır. Səfər çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi çoxsaylı görüşlər, xüsusilə də ABŞ-ın Dövlət katibi Con Kerri və vitse-prezident Cozef Bayden ilə apardığı məhsuldar danışıqlar Ermənistanda şok effekti yaratmışdı. Düşmən ölkə Cozef Baydenin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ərazi bütövlüyü və suverenlik prinsipləri çərçivəsində həlli ilə bağlı mövqeyini süngi ilə qarşıladı. Burada heç bir halda Ermənistanın daima əlində bayraq etdiyi xalqların öz müqəddəratını təyinetmə hüququndan söhbət getmir. Onu da xüsusi olaraq qeyd edək, əslində ABŞ-ın vitse-prezidentinin bu mövqeyi elə prezident Barak Obamanın mövqeyi kimi qiymətləndirilməlidir. Bir qədər də açıq desək, bu, ABŞ ali icra hakimiyyətinin mövqeyidir. Vitse-prezidentin ölkə konstitusiyasına görə, həm də Senatın rəhbəri olduğunu nəzərə alsaq, deməli, bu yanaşma həm də ABŞ-ın
ali qanunverici hakimiyyətinin mövqeyi anlamındadır". Millət vəkili bildirib ki, bu hadisə Ermənistanda günün günorta çağı şimşək efekti yaratdı və rəsmi İrəvan bu vəziyətin münaqişənin həlli prosesinə və deməli, status-kvonun dəyişməsinə gətirib çıxaracağından ehtiyatlanaraq növbəti dəfə silahlı təxribat hərəkətlərinə əl atdı: "Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin aprelin 5-də AZƏRTAC-a müsahibəsində qeyd olunduğu kimi, "Ermənilər yalnız milli ordumuzun mövqelərinə hücum etməmiş, həm də beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozaraq mülki əhaliyə qarşı hərbi cinayətlər törətmişlər. Təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələri, məcburi köçkün qəsəbələri də düşmən atəşinə məruz qalmışdı. Nəticədə dinc sakinlər həlak olmuş, biri 13 yaşlı uşaq olmaqla mülki vətəndaşlar yaralanmış, müxtəlif yaşayış məntəqələrində infrastruktur obyektləri, hətta təhsil müəssisələri zədələnmiş, çoxlu evlər dağıdılmış, əhalinin şəxsi təsərrüfatına və əmlakına xeyli ziyan dəymişdi". Millət vəkili deyir ki, erməni silahlı qüvvələrinin təxribat xarkterli hərəkətlərinin artmasını şərtləndirən amillərə "Sputnik"ə verdiyi müsahibəsində toxunan Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun mövqeyinə görə isə, ATƏT-in Minsk qrupunun fəaliyyətini artırdığı bütün mərhələlərdə onlar belə oxşar təxribatlara əl atmışlar: "2015-ci ildə Rusiya Prezidenti cənab Putinin səylərinin artığı, Ermənistan və Azərbaycan prezidentlərinin bilavasitə danışıqlarına dəstək verdiyi, bundan sonra xarici işlər naziri Sergey Lavrovun Azərbaycana bu və ya digər təkliflərlə gəlməsi fonunda da ermənilər eyni təxribata əl atmışlar. Bundan əvvəl 2014-cü ildə ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa fəallaşmışdı və prezident cənab Ollandın "status-kvo" nu aradan qaldırmaq üçün təşəbbüsləri olanda da ermənilər cəbhə bölgəsində belə təxribatlara əl atdılar. Bu onun göstəricisidir ki, ermənilər sülh istəmir, "status-kvo"nunu aradan qalxmasında maraqlı deyirlər. Münaqişənin tənzimlənməsində hər hansı bir cəhd olan kimi oxşar davranış göstərirlər". Elman Nəsirov oinu da qeyd edib ki, ən başlıcası isə, hakimiyət və xalq arasında monolit birlik vardır. Xalq prezidentini sevir, prezident isə xalqın mənafeyini hər şeydən üstün tutur. Məhz bu reallıq ölkəmizdə siyasi sabitliyin formalaşmasını təmin edən başlıca amilə çevrilib. Bütün bunlar Ermənistanda yoxdur. Ermənistan prezidentinin sosial bazası çoxdan tükənib. Sarkisyan rejiminə erməni xalqı nifrət edir və öz ovladlarını bu rejimin müdafiəsi naminə müharibəyə göndərmək istəmir. Elə bu səbəbdən də Ermənistanda yeni müxalifət düşərgəsi-"Əsgər anaları hərəkatı" formalaşıb. Ermənistan ordusunun son böyük itkiləri fonunda bu hərəkatın sıraları ədədi deyil, həndəsi silsilə ilə artmaqdadır.
Bu realılqlar işğalıçı Ermənistan üçün dərs olmalıdır. Əks halda Ermənistanı hərbi cəbhədə labüd biabırçı məğlubiyyət gözləyir".
Təmas xəttində baş verən son hadisələrdən sonra ATƏT-in Minsk Qrupunun aktivliyinin artması və yeni həll variantının gündəmə gələcəyi barədə yayılan xəbərlərə gəlıincə millət vəkili deyib ki, Azərbaycan dövləti münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində və Dağlıq Qarabağın ermənilərinə respublikamızın hüdüdları daxilində ən yüksək muxtariyyət statusu verilməsi yolu ilə həllini dəstəkləyir: " Azərbaycan üçün bu çərçivədən kənarda hər hansı bir həll yolu qəbuledilməzdir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında da bu məsələyə bir daha xüsusi diqqət ayıraraq vurğuladı ki, "məsələnin həlli çox sadədir - erməni silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxmalıdır, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar, ondan sonra regionda sülh və təhlükəsizlik yarana bilər. O ki qaldı xalqların öz müqəddəratını təyin etməsi prinsipinə, bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və Helsinki Yekun Aktında məhz bu ifadələr öz əksini tapır. Bütün münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır". Elman Nəsirov deyib ki, münaqişənin həlli ilə bağlı bu yanaşma tərzi Azərbaycanın prinsipial mövqeyinin ifadəsidir.