“Rusiyanın himayəsi altında həyata keçirilən hər hansı bir plan Azərbaycanın maraqlarına heç vaxt cavab verə bilməz” Siyasət

“Rusiyanın himayəsi altında həyata keçirilən hər hansı bir plan Azərbaycanın maraqlarına heç vaxt cavab verə bilməz”

Akif Nağı: "Biz bunu 1920-ci ildə görmüşük"

"Rusiya xarici işlər naziri Ermənistanda səfərdədir və onun orada bir sıra görüşlər keçirib. XİN rəhbərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni hansı formada ortaya qoyacağı hələki tam məlum deyil". Bunu Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib. Onun sözlərinə görə, hətta Rusiya mətbuatı belə bir məlumat yaydı ki, 5 rayon Azərbaycana qaytarılır: "Beləcə Dağlıq Qarağın statusu məsələsi sonraya saxlanılır. Güman olunur ki, sülhməramlı qüvvələr regiona yerləşdirilir. Əgər belə bir plan varsa təbii ki, bu, Azərbaycanın maraqlarına qətiyyən cavab vermir. Ümumiyyətlə Rusiyanın himayəsi altında həyata keçirilən hər hansı bir plan Azərbaycanın maraqlarına heç vaxt cavab verə bilməz. Biz bunu 1920-ci ildə görmüşük. 1920-ci ildə Azərbaycanın müstəqilliyini Rusiya çeynədi. İnsanlar bunu unutmamalıdır. Azərbaycanın oğullarını, övladlarını məhz Rusiya süngüləri məhv etdi. İndidə həmin proses gedir. Beləcə Rusiyanın hansısa təşəbbüsü Azərbaycanın xeyrinə ola bilməz. Bu, Azərbaycanın ancaq ziyanına ola bilər".