Almaniyadan Türkiyə, NATO və Rusiya açıqlaması Siyasət

Almaniyadan Türkiyə, NATO və Rusiya açıqlaması

Almaniya Xarici İşlər Nazirliyinin müşaviri Sousan Çebli Türkiyə- Rusiya münasibətlərin istiləşməsi nəticəsində Türkiyənin NATO-dakı mövqeyinə ziyan dəyməyəcəyini bildirib.
Almaniya XİN təmsilçisi Suriyadakı daxili müharibənin başa çatması və bölgənin təhülkəsizliyi kontekstində Türkiyə ilə Rusiya arasındakı əlaqələrin önəmli olduğunu vurğulayıb: "Türkiyə və Rusiyanın barışığı NATO-daxili ortaq təhlükəsizliyə heç bir problem yaratmır. Türkiyə NATO-da önəmli müttəfiqdir".
Müşavir Türkiyədə 15 iyul hərbi çevriliş cəhdi ilə bağlı olaraq edam cəzasının yenidən tətbiq olunacağı təqdirdə Türkiyənin Avropa Birliyinə üzvlük müddətinin sona çatdıralacağını da qeyd edib.