“Geri çağırılan 32 diplomat Türkiyəyə qayıtmayıb“ Siyasət

“Geri çağırılan 32 diplomat Türkiyəyə qayıtmayıb“

"Türkiyəyə geri çağırılan, lakin səbəbsiz, icazəsiz olaraq geri qayıtmayan diplomatların sayı 32-dir".
NTV telekanalının verdiyi məlumata görə, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Məhəmməd Cavad Zəriflə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, ümumilikdə 208 diplomat geri çağırılıb.
O, həmçinin Banqladeşdəki türk diplomatların ABŞ və Rusiyaya qaçması məsələsinə də toxunub: "Banqladeşdəki səfirliyimizdə çalışan 3 diplomatımızı geri çağırmışdıq. Onlardan biri qayıtdı və burada işə başladı, ikisi isə ABŞ-a qaçıb. Diplomatın Rusiyaya qaçması ilə bağlı məlumatı yeni almışıq və bunu detallı şəkildə araşdırırıq".