“Referendumu izləmək üçün müəyyən ölkələrdən nümayəndələr gələcək” Siyasət

“Referendumu izləmək üçün müəyyən ölkələrdən nümayəndələr gələcək”

Rasim Musabəyov: "Lakin nticələriə həmin təşkilatların münasibəti elə də əhəmiyyətli deyil"

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə sentyabrın 26-da referendum keçiriləcək.
Artıq referendumu izləmək üçün bir sıra beynəlxalq təşkilatlara müraciət edilib. Bəs beynəlxalq təşkilatların ümumxalq səsverməsinə münasibəti necə olacaq? Bu məsələsi ilə bağlı danışan deputat Rasim Musabəyov bildirib ki, referendumu beynəlxalq təşkilatların iştirakından asılı olmadan həyata keçirmək niyyətindəyik. Deputat hesab edir ki, referendumu izləmək üçün müəyyən ölkələrdən nümayəndələr gələcək: "Düşünürəm ki, elə təşkilatlar var ki, referendumu müşahidə etmək üçün nümayəndə göndərəcək, eləsi də var ki, göndərməyəcək. Lakin referendumun nəticələrinə həmin təşkilatların münasibəti elə də əhəmiyyətli deyil".