

9 İyul 11:59
9 İyul 10:36
9 İyul 09:10
Azərbaycan üçtərəfli platformanın yaradılması təklifini irəli sürüb.
APA xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda keçirilən “Gürcüstanın regional münasibətlərdə vasitəçilik rolu” adlı dəyirmi masa çərçivəsində jurnalistlərə bildirib.
"Bu gün Gürcüstandan gələn politoloq Gela Vasadze ilə müzakirələr apardıq. Əsas müzakirə mövzuları Gürcüstanın regionda rolu, Azərbaycan - Gürcüstan ikitərəfli əlaqələri oldu. Eyni zamanda üçtərəfli platformanın yaradılması üçün bir sıra təkliflər var. Cənab Prezident vaxtı ilə bununla bağlı təklif irəli sürmüşdü, Gürcüstan tərəfdən Baş nazir İrakli Qaribaşvili tərəfindən bu təşəbbüs dəstəklənmişdi. Ermənistan tərəfdən bu təklifə cavab yoxdur. Bu gün bir həmçinin bu məsələ ilə bağlı ekspertlər səviyyəsində müzakirələr apardıq. Fikir mübadiləsi zamanı Azərbaycanla Ermənistan danışıqlarında Gürcüstanın mümkün rolu da müzakirə olundu. Gürcüstan bir məkandır, orada Ermənistandan və Azərbaycandan olan nümayəndələr görüşürlər, müzakirələr aparırlar. Müzakirələr zamanı həmçinin yeni yaranmış geosiyasi vəziyyət də nəzərə alındı”, - o deyib.