AP ilə Azərbaycan arasında əhatəli müqavilə hazırlanır Siyasət

AP ilə Azərbaycan arasında əhatəli müqavilə hazırlanır

"Avropa ParlamentiAzərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir".
Bunu Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə Avropa Parlamentinin Böyük Britaniyadan olan deputatı, mühafizəkarlar və islahatçılar qrupunun təmsilçisi Sayyad Kərim deyib.
O, təmsil etdiyi qurumun ötən il qəbul etdiyi sənədlə bağlı yaranan çətinliklərin dəf ediləcəyinə və əlaqələrimizin irəliyə aparılacağına ümidvar olduğunu bildirib. S. Kərim hazırda Azərbaycanla əhatəli müqavilə üzərində işə böyük önəm verildiyini diqqətə çatdırıb. "Azərbaycan bizim üçün mühüm ölkədir. Biz bütün mümkün imkanlardan istifadə edərək Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıyıq", - deyə o vurğulayıb.
Sayyad Kərim Azərbaycanla "Cənub" qaz dəhlizi ilə bağlı əməkdaşlıq işinə sadiq olduqlarını da bildirib.