Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Xaricdə təhsil haqqında qanun qəbul etməliyik”

“Xaricdə təhsil haqqında qanun qəbul etməliyik” Siyasət

“Xaricdə təhsil haqqında qanun qəbul etməliyik”

Qüdrət Həsənquliyev: "Azərbaycana sözün əsil mənasında yüksək ixtisaslı kadrlar lazımdır"

"Payız sessiyasında qanunvericilik işlər planında çox ciddi qanun layihələri nəzərdə tutulub. Biz həm də büdcəni qəbul edəcəyik".
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Parlamentin payıs sessiyasının ilk iclasında çıxışı zamanı səsələndirib. O əlavə edib ki, neft gəlirlərinin azalması ilə bağlı yaranmış vəziyyət nəzərə alınmalıdır: "Yəni ayağımızı yorğanımıza görtə uzatmalıyıq.
Amma bir məsələnin də payız sessiyasında müzakirəsini məsədəuyğun hesab edirəm. Qənaətimə görə, xaricdə təhsil haqqında yeni və ayrıca qanun layihəsi də qəbul edə bilərik. Cənab Prezidentin təsdiq etdiyi sərəncamda xarici ölkələrin reytinqli, nüfuzlu universitetlərinə 7 il ərzində 5 minə qədər tələbənin göndərilməsi nəzərdə tutulurdu. O cümlədən də magistr dərəcəsi almaq üçün. Çox təəssüf ki, bu proqram tam mənada yerinə yetirilmədi. Orta hesabla biz 4 minə qədər tələbə göndərə bildik. İndi həmin proqram başa çatıb. 2016-cı ildə isə biz xaricə tələbə göndərə bilmədik. Bu yaxınlarda xarici mətbuatda oxudum ki, Azərbaycan bir Amerika şirkətinə sifariş verib ki, nəyi necə edəcəyimiz barədə bizim üçün yol xəritəsi hazırlasın. Əlbəttə bu acı həqiqət bizi bir daha düşünməyə vadar edir ki, Azərbaycana sözün əsil mənasında yüksək ixtisaslı kadrlar lazımdır. Əgər belə kadrlarımız olsaydı, sössüz ki, biz heç vaxt indiki zamanda pul ayırıb bu işi xarici şirkətin mütəxəssislərinə həvalə etməzdik. Buna görə də hesab edirəm ki, biz, belə bir qanun qəbul etməliyik. Həmin qanuna görə də ən azı yaxın 10 ildə, hər il heç olmasa xüsusi istedada malik 100 tələbəni dünyanın nüfuzlu universitetlərinə təhsil almaq üçün göndərməliyik. Azərbaycanın bu cür yüksək ixtisaslı mütəxəssislərə çox böyük ehtiyacı var. Mən bir dəfə də söyləmişdim, çox təssüf ki, xaricə tələbə göndərəndə humanitar sahə olduğu üçün hüquqşünasları bu siyahıya daxil etmirdik. Halbuki Azərbaycanda yüksək ixtisaslı, xarici dilləri mükəmməl bilən hüquqşünaslara çox böyük ehtiyac var. Qənaətimə görə, elm və təhsil komitəsinə biz tövsiyə edə bilərik ki, belə bir qanun layihəsi hazırlansın və biz həmin qanunu məhz payız sessiyasında qəbul edək. Bu qanun layihəsinin payız sessiyasında qəbulu ona görə vacibdir ki, 2017-ci ildən tələbələri xaricdə təhsil almağa göndərə bilək".