“Həmsədrlərlə separatçıların istəkləri üst-üstə düşür, yanaşmaları da belədir” Siyasət

“Həmsədrlərlə separatçıların istəkləri üst-üstə düşür, yanaşmaları da belədir”

Elxan Şahinoğlu: "Münaqişənin hazırkı mərhələdə həlli mümkün deyil, ona görə də atəşkəsi uzatmalıyıq"

Rasim Musabəyov: "Münaqişənin nizamlanması prosesini irəliyə aparmaq üçün onların səlahiyyət və imkanları yoxdur"

Fikrət Sadıqov: "Danışıqların əbədi şəkil alması heç bir nəticəyə aparıb çıxarmayacaq"

Elman Məmmədov: "Ermənistanla Azərbaycanı bir tərəziyə qoyurlar"

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə prezidentlərin mümkün görüşünü müzakirə edəcəklər.
Həmsədlərin regiona səfərinin yekununa dair bəyanatında bildirilir ki, XİN başçıları ilə müzakirələr ATƏT xarici işlər nazirləri Şurasının bu ilin dekabrında Hamburqda keçiriləcək toplantısı çərçivəsində keçiriləcək.
İrəvanda keçirilən mətbuat konfransında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib ki, biz Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün çalışırıq: "Səylərimizi artırmaq istəyirik. İnanıram ki, gün gələcək, azərbaycanlılarla ermənilər birgə yaşayacaqlar". Həmsədr deyib ki, region sakinlərinin sülh şəraitində yaşamaq hüququ var: "Mənim arzum - həm Azərbaycanda, həm də Ermənistanda insanların sülh və sabitlik şəraitində yaşamasıdır". Həmsədr, həmçinin vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həllində vacib elementlərdən biri insanlar arasında əlaqədir və vasitəçilər bu cür əlaqələri dəstəkləməyə çalışırlar.
Uorlik həmçinin hazırda danışıqlar masasında nizamlanmanın bir çox elementinin olduğunu bildirib. Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü istisna etməyən diplomat hər iki ölkənin XİN rəhbərlərinin Hamburqda ATƏT Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında görüşə biləcəklərinə ümid etdiyini qeyd edib.
Ümumiyyətlə, son zamanlar həmsədr sözü Azərbaycan cəmiyyətində qıcıq doğurur. On ların problem həll etməyə çalışmadığı məlumdur. Bəs həmsdərlərin son zamanlar aktiv "səy" göstərmələri nəyə xidmət edir?
"Atlas" Asraşdırmalar Mərkəzinin rəhbəri, politoloq politoloq Elxan Şahinoğlu bildirib ki, həmsədrlər atəşkəsin uzanmasında, ATƏT-in monitorinq qrupunun genişlənməsində maraqlıdırlar. O deyib ki, Bako Saakyanın "atəşkəs rejiminin qorunmasının və pozuntuların aşkarlanmasının mexanizmləri hazılanmalıdır və bu mexanizmlər sülh prosesinin əsas komponentidir"açıqlaması separatçıların lideri və onun arxasındakı güclərin əsl simalarını ortaya qoyur: "Onlar münaqişənin həllində maraqlı deyillər, sadəcə status-kvonun uzanmasına şərait yaradan atəşkəsin ömürlük olmasını istəyirlər. Həmsədrlər də atəşkəsin uzunmasında, ATƏT-in monitorinq qrupunun genişlənməsində maraqlıdırlar. Göründüyü kimi, həmsədrlərlə separatçıların istəkləri üst-üstə düşür, yanaşmaları da belədir: "Münaqişənin hazırkı mərhələdə həlli mümkün deyil, ona görə də atəşkəsi uzatmalıyıq".
Milli Məclisin deputatı Rasim Musabəyov deyib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərləri nəticəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesində hər hansı irəliləyiş əldə edildiyini düşünmürəm. Deputat bildirib ki, həmsədrlər maaş alır, regiona səfər etmək onların vəzifə borclarıdır: "Onlar təkcə Avropanın rahat şəhərlərində görüşməməlidirlər. Münaqişə bölgəsinə də gəlməlidirlər". R.Musabəyov həmsədrlərin təkliflərində böyük yenilik olduğuna inanmır: "Ola bilsin ki, həmsədrlər görüşlər zamanı hansısa təkliflər səsləndiriblər, amma inanmıram ki, böyük bir yenilik olsun. Bütün bu səylər ona hesablanıb ki, mövcud vəziyyət qorunub saxlansın, prezidentlər görüşsün, bəlkə bu prosesə təkan versin".
Deputatın fikrincə, həmsədrlər təmsil etdikləri ölkələrin XİN-lərinin orta səviyyəli əməkdaşlarıdır. Münaqişənin nizamlanması prosesini irəliyə aparmaq üçün onların səlahiyyət və imkanları yoxdur.
"Prosesi irəliyə aparmaq üçün hansı cəhdlərə ehtiyac var?" sualına cavabda R.Musabəyov deyib: "Bu məsələ ilə bilavasitə həmsədr dövlətlərin prezidentləri, onların göstərişləri ilə xarici işlər nazirləri məşğul olarsa, onların prosesə təsir etmək imkanı olar. Lakin onların diqqətini daha çox Ukrayna və Suriya cəlb edir".
Deputat əlavə edib ki, ABŞ prezident seçkiləri ərəfəsindədir: "Hələ kim prezident seçiləcək? Dövlət Departamenti yenidən formalaşacaq. Bu proses 6 ay davam edəcək. Fransada yarım ildən sonra prezident seçkiləri keçiriləcək. Onların da prezident və XİN səviyyəsində bu məsələyə maraqları yoxdur. Qalır Rusiya. Ermənistanın Rusiyanın forpostu olmasını nəzərə almaqla, düşünürəm ki, Rusiyanın marağı olsa bu prosesə təsir edə bilər. Lakin mən hesab edirəm ki, həmsədrlər bilavasitə orta səviyyəli məmurlardır".

Politoloq Fikrət Sadıqov isə "ATƏT-in Minsk qrupu həmsədlərinin əsas məqsədi müxtəlif ölkələrdə Azərbaycan və Ermənistan prezidentlərinin və ya XİN rəhbərlərinin görüşlərini təşkil etməkdir. Əgər həmsədrlər görüşün təşkil edilməsi ilə işin bitdiyini hesab edirlərsə, səhv edirlər. Çünki məsələ bununla həll edilmir",- deyə bildirib. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların əbədi şəkil alması heç bir nəticəyə aparıb çıxarmayacaq. Politoloqun fikrincə, əgər həmsədrlər həqiqətən nəticəyə gəlmək istəyirlərsə, Qarabağ probleminin uzun müddət davam etməsinin, Azərbaycanın rayonlarının işğal atında qalmasının region üçün təhlükəli olduğunu başa düşürlərsə, şablon ifadələrdən imtina etməlidirlər: "Onlar daim deyirlər ki, hər şey dövlət başçılarından və dövlətlərin özlərindən asılıdır. Bu şablon, həqiqətə uyğun olmayan ifadədir".
F.Sadıqov əlavə edib ki, təkliflər vasitəçilər tərəfindən irəli sürülməlidir: "Onlar gözəl başa düşür ki, BMT TŞ-nın qətnamələri indiyə qədər yerinə yetirilməyib. Bütün dövlətlər ərazi bütövlüyümüzü dəstəkləyir. Həmsədrlər əlindən gələni etməlidir ki, ərazilər şərtsiz, maneəsiz boşaldılsın".
Politoloq sonda qeyd edib ki, bəzən biz ikili yanaşmalarla üzləşirik: "Ermənistanla Azərbaycanı bir tərəziyə qoyurlar. Hesab edirəm ki, yeni təkliflər və Ermənistana təzyiqlər olmasa, məsələ həmin səviyyədə qalacaq".
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının idarə heyətinin üzvü, deputat Elman Məmmədov isə Uorlikin birgəyaşayışla bağlı səsələndirdiyi fikirlərə münasibətini açıqlayıb. O deyib Dağlıq Qarabağ münaqişəsi həll olunmadan heç bir vaxt birgəyaşayış və əməkdaşlıq mümkün deyil: "Münaqişə həll olunduqdan sonra Azərbaycan qanunlarına tabe olmaqla ölkəmizdə yaşaya bilərlər. Bir şərtlə ki, onlar Qarabağda hadisələr baş verənə qədər ölkəmizdə yaşamış olsunlar və hadisələr baş verən zaman azərbaycanlılara qarşı cinayət törətməsinlər. Qanunlar çərçivəsində ölkəmizdə yaşaya bilərlər. Münaqişə həll olunmadan hər hansı bir əməkdaşlıqdan, yoldaşlıqdan, birgəyaşayışdan söhbət belə gedə bilməz.
Diplomatiyadan və siyasətdən kənar, bir vətəndaş kimi mövqeyim belədir ki, ermənilər Cənubi Qafqazın baş ağrısıdır. Ona görə şəxsən istəyərəm ki, Cənubi Qafqaz ermənisiz olsun. Onları bu regiondan süpürüb atmaqdan başqa çıxış yolu yoxdur. Biz beynəlxalq təşkilatlarla görüşümüzdə də deyirik ki, qanunlarımızı pozmayan, onu qəbul edən, xalqımıza qarşı cinayət etməmiş ermənilər istəsələr, yaşadıqları yerdə qala bilərlər. Yəni, biz onları qovmuruq".


Əli