16 Aprel 2024 14:13
3 416
Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində biz bu gün öz su mənbələrimizə tam sahib olmuşuq.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında deyib.
Vaxtilə Ermənistanın təkcə bizim torpaqlarımızı deyil, resurslarımızı da işğal etdiyini xatırladan dövlətimizin başçısı bildirib: “Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları bizim ümumi su resurslarımızın 25 faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşan su resurslarıdır”. Prezident qeyd edib ki, Qarabağın və Şərqi Zəngəzurun su resursları daxili mənbələr olduğu üçün bunun xüsusi əhəmiyyəti var.
20 Mart 19:24
3 605
20 Mart 09:57
1 694
20 Mart 09:51
1 554