“HƏMAS-a dəstək regionda gərginliyi artırır”
19 Dekabr 22:46
19 Dekabr 22:46
19 Dekabr 22:24
19 Dekabr 22:18
19 Dekabr 14:16
23 Aprel 2024 17:21
3 563
ABŞ Konqresində hazırlanan qətnamə layihəsinə Azərbaycan hərbiçilərinə qarşı xüsusilə Quru Qoşunlarının komandanı general -leytnant Hikimət Mirzəyevin adının salınması ləyaqətsizlikdir və erməni lobbisinin təlimatı əsasında həyata keçirilib.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, bu ABŞ-ın yalnız öz maraqları çərçivəsində siyasət yürütdüyünün bariz nümunəsidir. Azərbaycanın nə qədər ABŞ etimad etmədiyində haqlı olduğunu sübut edir:
"Hikimət Mirzəyev siyasətdən kənar hərbiçidir. İşğalçılara qarşı döyüşüb. ABŞ generallarından fərqli olaraq müharibə cinayətləri törətməyib. ABŞ generalları İraqda, Əfqanıstanda, Suriyada beynəlxalq hüququ kobud surətdə pozaraq müharibə cinayətləri törədib. Bu məntiqlə Azərbaycanda İraqa hücum edən ABŞ hərbçiləri barədə cinayət işi aça bilər. ABŞ beynəlxalq hüququ zidd olaraq İraqa hücum edib. Azərbaycan isə, BMT qətnamələri əsasında öz ərazilərini işğaldan azad edib. Bu qətnamə Vaşinqtonun riyakar və Azərbaycan xalqına qarşı ikiüzlü siyasətidir. Erməni lobbisinin diqtəsi ilə hərəkət ABŞ Kongresi dünya xalqlarının təhlükəsizliyi üçün əsas təhdid mənbəyidir".
Cavid
19 Dekabr 18:44
945
19 Dekabr 17:46
1 008
19 Dekabr 17:24
1 015