“Abşeron” qaz yatağı böyük potensiala malikdir” Siyasət

“Abşeron” qaz yatağı böyük potensiala malikdir”

Azərbaycan prezidenti İlham ƏliyevTOTAL şirkətinin baş icraçı direktoru Patrik Puyanneni qəbul edib.
İlham Əliyev Patrik Puyanne ilə Davosda keçirdikləri görüşü məmnunluqla xatırlayaraq TOTAL şirkəti ilə əməkdaşlığımızın yaxşı tarixə malik olduğunu vurğulayıb.
"Abşeron" qaz yatağının işlənilməsi ilə bağlı layihənin yaxşı perspektivlərinin mövcudluğunu bildirən dövlət başçısı bu yatağın böyük potensiala malik olduğunu deyib, layihənin mərhələli şəkildə işlənilməsinin önəmini qeyd edib.
TOTAL şirkətinin artıq 20 ildir Azərbaycanda fəaliyyət göstərdiyini vurğulayan Patrik Puyanne isə bu dövrdə uğurlu əməkdaşlığın qurulduğunu bildirib. "Abşeron" yatağının Azərbaycanda qaza olan tələbatın ödənilməsi üçün mühüm əhəmiyyət daşıyacağını deyən Patrik Puyanne bu yatağın işlənilməsinə dair Dövlət Neft Şirkəti ilə qarşılıqlı səmərəli razılığa gəlindiyini qeyd edib.
Qonaq, eyni zamanda, TOTAL şirkətinin Azərbaycandakı fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcəyini məmnunluqla qeyd edib.
Görüşdə əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.