FIFA prezidenti: İran yığmasının Dünya Kubokunda iştirak edəcəyindən əminəm
Şahin Mustafayev: Ağbənd körpüsü yaxın vaxtlarda istifadəyə veriləcək - FOTO
Cəfər Cabbarlının kinostudiyanın həyətindəki büstünün restavrasiyası başa çatıb - FOTO
Papuaşvili: Cənubi Qafqaz ölkələri milli maraqlarına uyğun hərəkət edir
25 Sentyabr 2024 14:31
3 122
Sentyabrın 25-də Bakıda təşkil olunmuş "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının müdafiə nazirinin maddi resurslar üzrə köməkçisi Nenad Miloradoviç ilə görüşüb.
APA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə Serbiyanın “Yugoimport SDPR” dövlət şirkətinə məxsus stenddə nümayiş olunan silah və texnika nümunələrinə baxış keçirilib.
Daha sonra stenddə baş tutan görüşdə Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq zəminində qurulan əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən nazir birgə hərbi əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də digər məsələlər müzakirə olunub.
18:39
287
17:12
700
16:55
1 274