

9 İyul 11:59
9 İyul 10:36
9 İyul 09:10
“Azərbaycan dövlətinin siyasi rəhbərliyinin və şəxsən Müzəffər Ali Baş Komandan İlham Əliyevin mövqeyi dəyişməzdir”. Bunu xalcebhesi.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib: “Azərbaycan dövlətinin siyasi rəhbərliyinin və şəxsən Müzəffər Ali Baş Komandan İlham Əliyevin mövqeyi dəyişməz, prinsipialdır, qətiyyətlidir. Azərbaycan qarşı ərazi iddialarından Ermənistan imtina etməlidir və bunu Konstitusiyasında müvafiq dəyişikliklərlə təsdiqləməlidir. ATƏT-in Minsk qrupu buraxılmalıdır. Ermənistanda revanşizmə son qoyulmalıdır”.
O diqqətə çatdırıb ki, bunlar olacağı təqdirdə heç bir yarımçıq sülhdən söhbət gedə bilməz: “Bizə 100 faizlik sülh lazımdır. Əks təqdirdə hadisələr ən mürəkkəb ssenari üzrə inkişaf edə bilər və buna görə bütün məsuliyyət Ermənistanın və ona havadarlıq edənlərin üzərinə düşəcək”.