“Qarşılıqlı etimad yüksək səviyyədədir” Siyasət

“Qarşılıqlı etimad yüksək səviyyədədir”

Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Mogerini ilə işçi yeməyi edib.
Azərbaycana səfərini məmnunluqla xatırlayan Federika Mogerini əməkdaşlığımızın daha da möhkəmləndirilməsi, əlaqələrimizin bundan sonra da genişləndirilməsi baxımından Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfərinin əhəmiyyətini qeyd edib, Avropa İttifaqında Azərbaycan prezidentinin keçirdiyi görüşlərin əməkdaşlığımızın perspektivlərinin müzakirəsi baxımından önəmli olduğunu bildirib.
Azərbaycan ilə əməkdaşlığın Avropa İttifaqı üçün böyük önəm daşıdığını vurğulayan Federika Mogerini "Cənub Qaz Dəhlizi" layihəsinin Avropa İttifaqı üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. O, bu layihənin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və qaz təchizatının şaxələndirilməsində mühüm rolunu qeyd edib və Avropa İttifaqının bu layihənin reallaşmasına bundan sonra da dəstək verəcəyini deyib.
Prezident İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasını vitse-prezidenti Federika Mogerininin ölkəmizə səfərindən ötən dövr ərzində əlaqələrimizin daha da inkişaf etdiyini bildirib. Avropa İttifaqı ilə əməkdaşlığımızın genişləndirilməsinin həm Azərbaycan, həm də region üçün yaxşı mesaj olduğunu deyən dövlət başçısı Avropa İttifaqının Azərbaycan üçün etibarlı dost və tərəfdaş olduğunu söyləyib. Qeyd olunub ki, Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı etimad yüksək səviyyədədir.
Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivləri, energetika, nəqliyyat, təhlükəsizlik, regional və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Federika Mogerini bəyan edib ki, Azərbaycanla əməkdaşlıq Avropa İttifaqı üçün böyük önəm daşıyır.
O qeyd deyib ki, Cənub Qaz Dəhlizi layihəsi Avropa İttifaqı üçün böyük əhəmiyyətə malikdir. Federika Mogerini bu layihənin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və qaz təchizatının şaxələndirilməsində mühüm rolunu önə çəkib və Avropa İttifaqının bu layihənin reallaşmasına bundan sonra da dəstək verəcəyini deyib.