“Qarabağ klanı Ermənistanda revanşist prosesləri gücləndirir”
15 Dekabr 21:55
15 Dekabr 21:55
15 Dekabr 21:39
15 Dekabr 16:39
Rusiyada məktəbli şagirdlərə bıçaqla hücum edib, ölən və yaralılar var
Rəsmi İrəvan Aİ ilə hibrid təhdidlərə qarşı əməkdaşlığın yeni olmadığını bildirib
Antiinhisar Agentliyinin satınalma departamentinin daha iki əməkdaşı işdən çıxıb
Aqil Abbas Amnistiya aktının həbsdə olan jurnalistlərə də şamil olunmasını istəyir
10 Dekabr 2024 12:17
4 172
"Rəsmi İrəvan bir tərəfdən Azərbaycana qarşı ərazi iddialarının olmadığını deyir, digər tərəfdən isə artıq fəaliyyət göstərməyən Minsk qrupunun qalmasında təkid edir".
APA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev deyib.
O əlavə edib ki, Ermənistan tərəfinin bu məsələdəki mövqeyinə Azərbaycanın tutarlı cavabları var:
"Ermənistanın Azərbaycana ərazi iddiaları sülh sazişinin imzalanmasına böyük əngəllər törədir. Azərbaycan dəfələrlə Ermənistan Konstitusiyasına dəyişikliyin olması istiqamətində təkid edib. Ermənistan tərəfinin bu məsələdə tutduğu mövqeyə Azərbaycanın tutarlı cavabları var. Bizim Ermənistanın Konstitusiyasına dair tələbimiz beynəlxalq təcrübədə yenilik deyil. Avropada da bununla bağlı referendumlar keçirilib. Ermənistan hökuməti və xalqı bilməlidir ki, onların atdığı addımlar tutarlı deyil və hətta deyərdim ki, ikiüzlüdür. Rəsmi İrəvan bir tərəfdən deyir ki, Azərbaycana qarşı ərazi iddialarımız yoxdur, digər tərəfdən də artıq fəaliyyət göstərməyən Minsk qrupunun qalmasında təkid edir. Bunun arxasında ayrı məqsədlər dayanır".