Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
9 Yanvar 2025 13:18
3 892
“Cənab Prezident İlham Əliyevin müsahibəsində ən vacib məsələlərdən biri köhnə dünya düzəninin, beynəlxalq münasibətlər sisteminin artıq işləməməsi, yeni düzənin isə formalaşmamasıdır. Bu düzən yeni yaranma mərhələsindədir. Məsələnin başqa bir tərəfi ondan ibarətdir ki, cənab Prezidentimiz söylədi ki, yeni dünya düzənində Türk Dövlətləri Təşkilatı (TDT) güc mərkəzi olmalıdır, onun böyük potensialı var”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclis sədrinin müavini Musa Qasımlı söyləyib.
M.Qasımlı müsahibədə Fransanın Ermənistanı silahlandırması və bütövlükdə Makron siyasətinin uğursuz olmasının bir daha göstərildiyini diqqətə çatdırıb: “Prezident İranın davranışları məsələsinə aydınlıq gətirdi. Heç şübhəsiz, bu davranış mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir. Hər hansı bir əyalət mollasının Azərbaycanı təhqir etməsi onların tərbiyəsindən xəbər verir və özlərinə aiddir. Belə şəxslərin iki ölkə arasında münasibətlərə xələl gətirməsinə imkan vermək olmaz”.
Vitse-spiker həmçinin bildirib ki, 2025-ci il Azərbaycan üçün uğurlu olacaq: “Çünki ətrafımızda böyük dəyişikliklər baş verir. Ən başlıcası ondan ibarətdir ki, Ermənistanın yaxın dostu olan Suriyada Bəşər Əsəd rejimi devrilib. Ermənistanı terrorçularla təhciz edən bir şəxsin qovulması rəsmi İrəvanın mövqelərinin daha da zəifləməsidir. Yeni ildə Azərbaycanı böyük uğurlar gözləyir. Hər şey planlı şəkildə həyata keçirilir və cənab Prezident İlham Əliyevin müsahibəsi bir daha göstərdi ki, Azərbaycan qarşısına qoyduğu hədəflərə çatır. Çünki dövlət başçısı gücünü millətdən alır, millət də dövlət başımıza inanır”.
Röya İsrafilova
25 Sentyabr 20:55
560
25 Sentyabr 19:20
609
25 Sentyabr 16:47
623